Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korrupsiyaya qarşı struktur islahatları aparıldığı halda Azərbaycanda korrupsiya artıb?

“Transparency International” korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatının ölkələrin illik şəffaflıq reytinqinə görə Azərbaycanda korrupsiya artıb

Ekspert: ““Transparency International” təşkilatının açıqladığı göstəricilər obyektivliyi əks etdirmir və hansısa iqtisadi-siyasi maraqların mövcudluğundan xəbər verir”.

“Ölkədə baş verən proseslərin təhlili və iqtisadi idarəetmə ilə bağlı digər komponentlər nöqteyi-nəzərdən, əslində hansısa beynəlxalq qurumların və agentliklərin göstəricilərinə əsaslanmaq doğru deyil”.

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov “Transparency International” korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatının korrupsiya üzrə açıqlanan hesabatında Azərbaycanın reytinqini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

“Transparency International” korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı ölkələrin illik şəffaflıq reytinqini yayıb. Bu reytinqə əsaslansaq, Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-156-cı yeri tutur. Faktiki olaraq, bu hesabata əsasən Azərbaycan korrupsiyanın artımına görə 30 pillə irəliləyib.

Təşkilatın hesabatında qeyd edilir ki, son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il ölkədəki mənfi proseslərin gizlədilməsi məqsədilə Avropa qurumlarının ələ alınması faktları aşkar edilib. Xüsusən, “Azərbaycan landromatı” hesabatı Avropa Şurası deputatlarının mütəşəkkil şəkildə ələ alınması, böyük pul məbləğlərinin köçürülməsi faktlarını aşkar edib, deyə hesabatda qeyd edilir.

Qeyd edək ki, Korrupsiya İndeksi ekspertlər tərəfindən məlumatların təhlili əsasında müəyyən edilir. Lakin buz bunu da bilirik ki, son bir ildə Azərbaycanda struktur və kadr islahatları sürətləndirilib və bu islahatlar əsasən korrupsiyanın azalmasına yönəlib.

Bu halda Azərbaycanda korrupsiyanın bu qədər artmasını nəylə əlaqələndirmək olar və açıqlanan reytinq nə qədər obyektivdir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun fikirlərini öyrənib.

Elşad Məmmədov: ““Transparency International” kimi təşkilatlar və qurumlar çox ciddi siyasi və iqtisadi maraqlar əsasında formalaşır”.

Beynəlxalaq qurum və agentliklərin reytinqlərində reallıqdan daha çox, daxili iqtisadi-siyasi maraqlarının qabaqcıl olduğunu vurğulayan İqtisad Universitetinin professoru Elşad Məmmədova görə, bu fonda “Transparency International” təşkilatının Azərbaycanla bağlı göstəriciləri həqiqəti əks etdirmir:

“Hesab edirəm ki, “Transparency International” təşkilatının açıqladığı göstəricilər obyektivliyi əks etdirmir. Xüsusilə vurğulamaq istərdim ki, istər iqtisadi reytinqlər üzrə ixtisaslaşmış beynəlxalq reytinq təşkilatlarını, istərsə də hansısa siyasi istiqamət üzrə ixtisaslaşmış beynəlxalq qurumların hazırladıqları reytinqləri ölkədə mövcud olan problemlərin həlli nöqteyi-nəzərindən indikativ göstərici kimi qəbul etmək son dərəcədə yanlışdır. Ölkədə baş verən proseslərin təhlili və iqtisadi idarəetmə ilə bağlı digər komponentlər nöqteyi-nəzərdən, əslində hansısa beynəlxalq qurumların və agentliklərin göstəricilərinə əsaslanmaq doğru deyil. Bunun əksi olaraq, daxili vəziyyətlə bağlı elmi cəhətdən əsaslandırılmış, düzgün struktur təhlili nəticəsində qərar qəbul edilməsi daha məqsədəuyğundur.

“Transparency International” kimi təşkilatlar və qurumlar çox ciddi siyasi və iqtisadi maraqlar əsasında formalaşır və bunu unutmaq olmaz. Bu qurumların əhəmiyyəti ondan ibarətdir ki, qurumun göstəricilərinin əsasən ölkədə qəbul edilmiş mühüm iqtisadi idarəetmə qərarlarına təsiri fonunda xarici investisiyaların ölkəyə gətirilməsinə səbəb ola bilər. Çünki xarici investorlar bir çox hallarda beynəlxalq qurumların reytinqlərinə nəzər salırlar.

Elşad Məmmədov: “Biz bu cür göstəricilərə çox da diqqət yetirməməliyik və öz iqtisadiyyatımızın formalaşmasında potensial investisiya və iqtisadi imkanlara əsaslanmalıyıq”.

Bir nüansı xatırladım ki, Azərbaycanın iqtisadi inkişafının davamlılığı və dayanaqlığı baxımından ilk növbədə, daxili investisiya axınlarının artırılmasına və yüksəldilməsinə imkan yaradılmalıdır. Bu istiqamətdə iqtisadi siyasət həyata keçirilməlidir. Ölkədə ciddi struktur islahatları aparılır. Düzdür, biz korrupsiyanın hansısa iqtisadi sistemdən tamamilə aradan qaldırılması barədə qəti fikir bildirə bilmərik. Lakin reallıq budur ki, heç bir ölkədə tam şəkildə korrupsiyaya qalib gəlinməyib. Belə bir yanaşma reallığı əks etdirmir. Azərbaycanda da bu istiqamətdə problemlər mövcuddur, amma son illər problemin daha da dərinləşdiyini düşünmürəm.

“Transparency International” təşkilatının hesabatından çıxan nəticə isə belədir ki, sanki korrupsiya ilə bağlı vəziyyət daha da mürəkkəbləşib və mənfiyə doğru gedir. Fikrimcə, bu yanaşma həqiqətə uyğun deyil və hansısa iqtisadi-siyasi maraqların mövcudluğundan xəbər verir. Biz bu cür göstəricilərə çox da diqqət yetirməməliyik və öz iqtisadiyyatımızın formalaşmasında potensial investisiya və iqtisadi imkanlara əsaslanmalıyıq”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Ən çox oxunanalar