Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sosial kirayə fondu yaradılır – Sosial evlər əlçatan olacaq?...

Sosioloq: “Nizamnamədə olan dəyişiklik bu sahədə irəliyə atılan doğru addımdır. Amma bu addıma problemin həlli kimi baxmıram”

“İndiki şəraitdə bu sahədə köklü planların həyata keçirilməsinə daha böyük ehtiyac var. Çox təəssüf ki, mənzil problemi başqa problemlərdən kənarda qalır”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Prezidentin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.

Fonddan verilən məlumata görə, təsdiq edilmiş qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcək. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcək.

Fond tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcək.

Mənzillərin kirayə verilməsi ilə bağlı əsas şərtlər aşağıdakılardır:

- kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

- müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri olmamalıdır;

- kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər;

- kirayə müqaviləsi bağlanıldıqda kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir;

- kirayəyə verilən mənzil sığortalanmalıdır (sığorta Fondun xərcləri hesabına aparılacaqdır).

Qaydanın tələblərinə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin, sonrakı dövrdə mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur.

Mexanizm çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulub. Belə ki, qaydaya əsasən Fondun yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə, kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin vərəsələrinə keçir.

Mexanizm çərçivəsində müraciətlərin növbəlilik əsasında elektron sistem vasitəsilə qəbulu nəzərdə tutulur.

Satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi ilk növbədə həm ilkin ödənişi olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsi üçün kifayət etməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.

Göründüyü kimi yəni təsdiqlənən nizamnaməyə görə İpoteka Fondunun balansında olan mənzillər satilmaq öhdəliyi ilə kirayəyə veriləcək. Məlumdur ki, ipoteka ilə mənzil almaq üçün prosedurlarin asanlaşdırıldı deyilsə də, amma vətəndaşların çoxu bu xidmətdən yararlana bilmir. Yeni nizamnamədən sonra vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması mümkün olacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Əhməd Qəşəmoğlu: “Azərbaycanda mənzil problemləri ilə bağlı bir sistemin yaradılmasına böyük ehtiyac var”.

İpoteka Fondunun balansında olan mənzillərin satılmaq öhdəliyi ilə kirayəyə verilməsini müəyyən bir addım kimi qiymətləndirən sosioloq əlavə edib ki, bu addıma problemin həlli kimi baxmır. Problemin həlli bu ola bilər ki, kifayət qədər binalar tikilir və elə binalar tikilməlidir ki, insanlar orada kirayə qala bilsinlər:

“İpoteka Fondunun balansında olan mənzillərin satılmaq öhdəliyi ilə kirayəyə verilməsi müəyyən bir addım kimi qiymətləndirlə bilər. Yəni belə bir addım atıldı ki, insanlar mənzillə bağlı problemlərini həll edə bilsinlər.

Amma onu da qeyd edim ki, indiki şəraitdə bu sahədə köklü planların həyata keçirilməsinə daha böyük ehtiyac var. Çox təəssüf ki, mənzil problemi başqa problemlərdən kənarda qalır.

Ölkədə yoxlanış aparılsa, məlum olacaq ki, insanların çoxu kirayədə qalırlar. Kirayədə qalan insanların arasında tələbə, aspirant və əhalinin başqa təbəqələrinə aid olan insanları görmək olar. Elə fond yaratmaq lazımdır ki, insanlar istədiyi vaxt gedib kirayə qala bilsinlər. Yəni vətəndaş hər hansı bir dövlət idarəsi ilə müqavilə bağlayıb mənzili kirayə edə bilməlidir. Daha insanlar bilmədiyi adamlardan ev kirayə etməməlidir.

Əhməd Qəşəmoğlu: “İnsanlara peşəsinə, iş yerinə uyğun olaraq ev kirayə edə bilməsi üçün şərait yaradılmalıdır”.

Azərbaycanda mənzil problemləri ilə bağlı bir sistemin yaradılmasına böyük ehtiyac var. Nizamnamədə olan dəyişiklik bu sahədə irəliyə atılan doğru addımdır. Amma bu addıma problemin həlli kimi baxmıram. Problemin həlli bu ola bilər ki, kifayət qədər binalar tikilir və elə binalar tikilməlidir ki, insanlar orada kirayə qala bilsinlər.

Qeyd edim ki, bu cür evlər şəhərin mərkəzində, kənarında da tikilə bilər. İnsanlara peşəsinə, iş yerinə uyğun olaraq ev kirayə edə bilməsi üçün şərait yaradılmalıdır. Mənzilə görə əhalinin çox böyük hissəsi problem içindədir. Mənim bu problemlə bağlı müəyyən araşdırmalarım da var. Buna görə deyirəm ki, nizamnamədə edilən dəyişiklik sadəcə atılan addımlardan biridir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Sosial evlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar