Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik: Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi səviyyəsinə çatdırılacaq

"Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub"

Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində deyib.

Nazir müavini qeyd edib ki, gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sistemi barədə qanun layihələrin hazırlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırkı dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb və buna uyğun olaraq yeni yanaşma müəyyən edilib.

Yeni yanaşmalar barədə məlumat verən M.Kərimlinin sözlərinə görə, dövlət qulluğu sahəsində maaşlar özəl sektorla müqayisə oluna biləcək səviyyədə müəyyən ediləcək: "İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqq veriləcək. Üçüncüsü dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır. Bu say 400-ə yaxındır və bunun optimallaşdırması nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır.

Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzərə alınmasıdır".

O əlavə edib ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfiqi istiqamət üzrə müəyyən ediləcək: "Həmçinin vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılacaq, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən ediləcək".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Ən çox oxunanalar