Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdə təxribat baş tutmadı: Türkiyə yenə oyunu pozdu

İdlibdə Heyət Təhrir Şam (HTŞ) terror qrupu üzərindən dövrəyə soxulan təxribat baş tutmadı

ABŞ-ın Münbiçdən çəkilmə qərarı və İŞİD-la mübarizədə Türkiyəni önə çəkən prezident Donald Trampın açıqlamalarından sonra İdlibdə HTŞ təxribatı dövrəyə soxuldu. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı tərəfindən maliyələşdirilən HTŞ tərkibindəki Misirli Şər-i səlahiyyətlilərindən Ai Yekzan Al Mısri fətva verərək Azad Suriya Ordusunu (ASO) mürtəd elan edti.

Təxribat baş tutmadı

HTŞ, Zəngi qrupunu və ASO-nu hədəf alan hücumlar təşkil etdi. Toqquşmalar nəticəsində hər iki tərəfdən də 100-ə yaxın itki olduğu bildirildi. Qarşıdurmalar davam edərkən Əsəd rejimi də fürsətdən istifadə edərək bölgəyə ağır silah topladı. Soçi anlaşması çərçivəsində atəşkəsin qorunduğu regionda Rusiya və Türkiyənin cəhdləri ilə regionda münaqişələrin alovlanmasına imkan verilmədən durduruldu. İdlibdəki TSQ müşahidə məntəqələrinə qarşı artan potensial təhdid üzərinə Türkiyə bölgəyə hərbi qüvvə və ağır silahlar göndərdi. Rusiyanın dövrəyə girməsiylə rejimi təxribat hədəfləri qursağında qaldı və münaqişələri böyütməyən HTŞ-li qruplar da Türk əsgərini qarşısına almağa cəsarət etmədiyi üçün döyüşlər dayandırıldı. HTŞ-li qruplar ələ keçirdikləri ağır silahları da müxaliflərə qaytardı. Beləliklə İdlibdə Səudiyyə-BƏƏ fonunda ortaya qoyulan təxribat planı baş tutmadı.

Türkiyə əleyhinə rəy yaratmaq boşa çıxdı

İdlibdəki hadisələr Qərb ölkələrində də Türkiyə əleyhinə kampaniyalarda istifadə edildi. Qərb mediası, "Türkiyənin təminat verdiyi İdlibdə anlaşmanı təmin edə bilmirsə, İŞİD ilə necə mübarizə aparacağı, bu gücə sahib olmadığı" arqumentləri üzərindən rəy yaratmağa çalışdı. Ancaq başda ABŞ olmaqla, Qərb ölkələrinin gözləntilərinin əksinə, İdlibdə Türkiyə ilə Rusiya arasında qurulmuş olan Soçi anlaşması baltalanmadı. Bütün beynəlxalq ictimai rəy yarat yaratmaq planı da İdlib təxribatı ilə birlikdə boşa çıxarılmış oldu. (müxalifət.az)
pia.az


Etiket: İdlib təxribat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

İlham Əliyev Azərbaycanın Türkiyəyə istənilən əlavə dəstəyi göstərməyə hazır olduğunu bildirib

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Ən çox oxunanalar