Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkəmizə qarşı qəbul edilən qətnamə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir etməyəcək” - Politoloq

“Mehman Hüseynov kimi şəxslərə yeni cinayət işlərinin açılması və həbsdə saxlanılması Azərbaycana müsbət heç nə verməyəcək”

“Mehman Hüseynov Azərbaycan cəmiyyəti və hakimiyyəti üçün böyük bir təhlükə törədəcək fərd və siyasi amil deyil”.

Bu sözləri politoloq Natiq Miri dünən Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamənin təsirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən Avropa Parlamenti “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsini keçirib. Qətnamənin müzakirəsi zamanı Avropa Parlamentinin deputatları Azərbaycan hökumətini korrupsiya, insan haqları, Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərə əməl edilməməsi ilə bağlı tənqid ediblər. Hətta parlamentin Böyük Britaniyadan olan deputatı Culi Uord Azərbaycan nazirlərinə sanksiyalar tətbiq etməklə bağlı fikir səsləndirib.

AvropaParlamenti.jpg" width="800" height="531" />

“Hörmətli yüksəksəviyyəli nümayəndə, Azərbaycandakı təcili durum sizin Azərbaycan hökumətini Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağıran bir bəyanat verməyinizi zəruri edir. Avropa Birliyi hər hansı iqtisadi əlaqələrin olmasından asılı olmayaraq, insan haqları ilə bağlı öhdəlikləri pozan dövlətləri öz adları ilə çağırmalı və qınamalıdır. Mən həmçinin, Avropa Birliyini (AB), üzv ölkələri səsləyirəm ki, indiyədək hədəf seçilməyən prezident və onun nazirlərinə sanksiyalar tətbiq etsinlər”, deyə deputat Culi Uord öz çıxışında bildirib.

Müzakirədən sonra böyük səs çoxluğu ilə qəbul olunan qətnamədə AB və Azərbaycan arasında Yeni Sazişin mühümlüyü bir daha vurğulanıb. Lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi Yeni Sazişin özəyini təşkil etməlidir. Qətnamədə Azərbaycan hökuməti blogger Mehman Hüseynovu dərhal, qeyd-şərtsiz azad etməyə, ona yeni ittihama xitam verilməsinə çağırılıb.

Xatırladaq ki, qətnamə 533 səs lehinə, 28 əleyhinə, 36 nəfər bitərəf olmaqla qəbul edilib.

Müzakirələr zamanı Azərbaycanda iqtidar partiyasının səlahiyyətli nümayəndəsi isə tövsiyə edib ki, Avropa Parlamentinin deputatları “özlərini öz səlahiyyətləri çərçivəsində” aparsınlar. “Bilmək istəyirəm, Avropa Parlamentinin deputatlarına müstəqil bir ölkənin hakimiyyət orqanlarından kiminsə dərhal azadlığa buraxılmasını tələb etmək hüququ varmı? Əgər belə bir hüquq varsa, qoy göstərsinlər, biz də ona əməl edək. Yox, yoxdursa, onda mən istərdim ki, Avropa Parlamentinin deputatları özlərini öz səlahiyyətləri çərçivəsində aparsınlar”, deyə deputat Aydın Mirzəzadə deyib.

Müzakirə zamanı Azərbaycana qarşı irəli sürülən sərt ittihamlar fonunda qəbul edilən qətnamə Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrə necə təsir edə bilər? Xüsusilə bu qətnamə ayrı-ayrı Avropa dövlətlərinin Azərbaycanla münasibətlərinə kölgə sala bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Qətnamənin əsas diqqət yetiriləcək məqamlarından biri sırf insan haqqlarının tapdanması və Mehman Hüseynovla bağlı deyil, gələcəkdə Azərbaycanda nazirlərə qarşı sanksiyaların tətbiq olunmasının vurğulanmasıdır”.

Ölkəmizə qarşı qəbul edilən qətnamənin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir etməyəcəyini vurğulayan politoloq Natiq Miriyə görə, indiki vəziyyətə ölkəyə qarşı qətnamənin qəbul edilməsinə səbəbkar əsasən Azərbaycan hakimiyyətinin daxilindəki hansı şəbəkələrin şəxsi maraqlarıdır:

Avropa Parlamentində qəbul edilən qətnamənin mahiyyətindən görünür ki, Azərbaycanda insan haqqlarının tapdanması ilə bilavasitə əlaqəlidir. Məlumdur ki, Azərbaycanda məhbus bloger Mehman Hüseynova yeni cinayət işi açılıb və o, bu kontekstdə aclıq aksiyasına başlayıb.

Bu hadisə Azərbaycan ictimaiyyətində böyük rezonans yaratdığına görə Avropa Parlametinə də müəyyən müraciətlər olundu və müzakirələr çərçivəsində belə bir qətnamə layihəsi ortalığa çıxdı. Nəticə etibarilə Azərbaycan əleyhinə bu cür qətnamə qəbul edildi.

Qətnamənin əsas diqqət yetiriləcək məqamlarından biri sırf insan haqqlarının tapdanması və Mehman Hüseynovla bağlı deyil, gələcəkdə Azərbaycanda nazirlərə qarşı sanksiyaların tətbiq olunmasının vurğulanmasıdır. Bu fakt onu göstərir ki, artıq sözdən əməli fəaliyyətə keçmək mərhələsinə qədəm qoyulub.

Natiq Miri: “Geosiyasi maraqlar fonunda Avropa Birliyinin daha da dərinə enəcəyini düşünmürəm”.

Hesab edirəm ki, bu addım Azərbaycan hakimiyyətinə qarşı ciddi mesajlardan biridir. Bu günə qədər edilən bütün tənqidlərə və qəbul edilən qətnamələrə rəğmən, hakimiyyət nümayəndələrinə qarşı konkret olaraq ciddi sanksiyalar təklif edilməmişdi. Lakin bu dəfə qətnamədə açıq şəkildə nazirlərə qarşı sanksiyaların tətbiqi xəbərdarlığı mövcuddur.

Qəbul edilən qətnamə fonunda Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə gəlincə, indiyə kimi onlarla bu cür qətnamələrin qəbul edilib. Ancaq Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin korlanmasına səbəb olmayıb. Çünki bütün siyasi dövlətlər kimi, Avropa Birliyi hər zaman özünün geosiyasi maraqları kontekstində fəaliyyətə önəm verir.

Bu kontekstdə Azərbaycanın həm postsovet məkanı, həm də Cənubi Qafqazda Avropa Birliyi üçün xüsusi önəm daşıdığı heç kimə sirr deyil. Azərbaycan bir çox məsələlərdə olduğu kimi, enerji təhlükəsizliyi məsələsində də Avropa Birliyinin işinə yarayan bir ölkədir.

Bu cür geosiyasi maraqlar fonunda Avropa Birliyinin daha dərinə enəcəyini düşünmürəm. Ola bilsin ki, bloger Mehman Hüseynovun cinayət işi ləğv olunmasa, hakimiyyətin bəzi nazirlərinə qarşı konkret sanksiyalar tətbiq olunsun. Deyək ki, Avropa Birliyi ölkələrinə vizaların ləğv olunması və ya hansısa nazirlərin Avropa Birliyi ölkələrindəki bank hesabları dondurula bilər. Lakin bunun bütövlükdə Avropa Birliyi-Azərbaycan münasibətlərinə ciddi zərər verəcəyini hesab etmirəm.

Natiq Miri: “Siyasi təhlükə mövcud olmadığı təqdirdə hakimiyyətin birdən-birə bu cür ajiotaj yaratmaqla, Azərbaycana yönəlik mənfi çalarların ortaya çıxmasının hakimiyyətin daxilindəki hansı şəbəkənin maraqlarının olmasından irəli gəldiyini heç cür düşünə bilmirəm. Yəni, bu, kimə lazımdır?!”.

Fikrimcə, bu məsələ zamanla ötüşəcək. Sadəcə tövsiyə xarakterli deyə bilərəm ki, Mehman Hüseynova qarşı yeni bir cinayət işinin açılmasının mahiyyətini anlamıram. Çünki Mehman Hüseynov Azərbaycan cəmiyyəti və hakimiyyəti üçün böyük bir təhlükə törədəcək fərd və siyasi amil deyil. Siyasi təhlükə mövcud olmadığı təqdirdə hakimiyyətin birdən-birə bu cür ajiotaj yaratmaqla, Azərbaycana yönəlik mənfi çalarların ortaya çıxmasının hakimiyyətin daxilindəki hansı şəbəkənin maraqlarının olmasından irəli gəldiyini heç cür düşünə bilmirəm. Yəni, bu, kimə lazımdır?!

Qanuni olub-olmamasından asılı olmayaraq, Mehman Hüseynov kimi şəxs ona verilən həbs kontekstində öz cəzasını bitibsə, onu azad etmək və cəmiyyətə buraxmaq lazımdır. Ən azından cəmiyyətə inteqrasiya ola bilsin. Ayrıca, bütün şəxsləri həbsdə saxlamaq istəyəndə onların cəmiyyət üçün nə qədər təhlükəli olub-olmadığı araşdırılır.

Mehman Hüseynovun cəmiyyət üçün təhlükəli olmadığı hər kəsə aydındır. Ona görə də bu məsələdə süni ajiotaj yaratmaq məhz hakimiyyətin içində hansısa şəbəkələrin maraqlarına xidmət edir. Bu isə bütün dünyanın diqqətini yenidən Azərbaycandakı insan hüquqlarının tapdanmasına yönəldə bildi. Hesab edirəm ki, bu hadisəni yaradacaq səbəbləri aradan qaldırmağa ehtiyac var. Yoxsa ki, Mehman Hüseynov kimi şəxslərə yeni cinayət işlərinin açılması və həbsdə saxlanılması Azərbaycana müsbət heç nə verməyəcək”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Ən çox oxunanalar