Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Ağayev:“İcra hakimiyyəti quyu qazmaq üçün mərkəzin qərarını gözləməməlidir”

“Struktur islahatlarında bu islahatları haradan başlamaq məsələsi olduqca önəmlidir və hətta onun müqəddəratını həll edir”

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev dövlət başçısı İlham Əliyevin yanvarın 14-də verdiyi bir sıra fərmanları Azadlıq Radiosuna şərh edərkən deyib.

Amma R.Ağayev istənilən halda verilən fərmanları “müsbət addım” adlandırıb. Ekspertə görə, bu qədər qurumların ləğvi sadə məsələ deyil: “Həmin qurumların fəaliyyət müddətinə baxın, 10-12 il arasında fəaliyyət göstəriblər. Bu, müddətdə onlara dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayırıblar. Amma nəticə budur ki, onların iqtisadiyyata və ya ölkə həyatına faydası olmayıb. Ona görə də bu halda «bu qurumlar niyə ləğv edildi» sualı da aradan qalxır”.

R.Ağayev hesab edir ki, bu, həm də indiyə qədər idarəetmədə planlaşdırmanın olmamasının göstəricisidir. Onun fikrincə, odur ki, indi struktur islahatlarının strategiyası olmalıdır: “Bu strategiyada islahatların hansı sahələri əhatə edəcəyi, hansı qurumların ləğvinin nəzərdə tutulduğu (hətta onların adları cəmiyyətə açıqlanmasa belə), hansı addımların atılacağı, bu islahatların nəticəsi olaraq yaxın 3-5 ildə cəmiyyətə hansı faydalar verəcəyi məlum olmalıdır”.

R.Ağayev hesab edir ki, daha bir strategiya isə əks-mərkəzləşdimə prosesi ilə bağlı olmalıdır: “Avropa təcrübəsi göstərdi ki, həddən artıq yüksək dərəcədə mərkəzləşdirilmiş hakimiyyət səmərə verə bilmir. Ona görə də funksiyaların müəyyən hissəsi yerli hakimiyyətlərə verilməlidir. Bir avtonomluq olmalıdır, daha yerli hakimiyyət bir su quyusu, artezian quyusu qazmaq, ya yol çəkmək üçün mərkəzi hakimiyyətin qərarını gözləməməlidir”.

Ekspert deyir ki, dövlət qurumlarının təkcə hakimiyyət qarşısında yox, xalq, cəmiyyət qarşısında da yüksək dərəcədə hesabatlılığı təmin olunmalıdır: “Bu qədər bizə pul ayrılıb, bu qədər iş görülüb, cəmiyyətə bu qədər faydası gözlənilir kimi təfərrüatlara qədər hesabat verilməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar