Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevdiyimiz Mövlananın gerçək üzü... – Tarix araşdırmaçısı Aynur Talıblı yazır

Ya göründüyün kimi ol, ya da olduğun kimi görün!

Türk-İslam aləmində təsəvvüfün ən öndə gələn isimlərindən biri Mövlana Cəlaləddindir (Məhəmməd ibn Bəhaəddin Məhəmməd əl Bəlxi ). Əsl adı Muhamməd Cəlaləddin olmasına baxmayaraq, ona “Mövlana “ deyilirdi . “Mövlana”ərəbcədən alınma sözdür və anlamı “əfəndimiz”, “sahibimiz” deməkdir. Ona bu adı sevənləri duyduqları dərin sevginədən və sayqıdan dolayı vermişlərdi.

Məlum qaynaqlara görə, Mövlana Hicri. 604/Miladi. 1207-ci ildə 30 eylüldə - sentyabr əski Türk mədəniyyətinin və kültürünün mərkəzlərindən biri olan və bu gün Əfqənistana aid olan Bəlx şəhərində dünyaya gəlmişdir. Günümüzdə hələ də Əfqanıstanda minlərcə ildir Türklər varlığını sürdürməkdədir. Bəzi araşdırmaçılar elə hesab edir ki, daha ərkən tarixdə doğulmuşdur. Türk soyundan olduğu da bilinən bir gərçəkdir. Sizə daha dəqiq deyə bilərik ki, Xarəzm Türklərindəndir. Həyat yolunu, yaşamını üç kəlmə ilə “xamdım, bişdim, yandım” sözləri ilə özətləyən - ifadə edən Mövlana Cəlaləddin 17 aralık - dekabr 1273-cü ildə bazar günü Haqqın rəhmətinə qovuşmuşdur.
Mövlana ümumilikdə Türk ədəbiyyatı və Şərq ədəbiyyatı tarixində üç dildə (Türk, Fars, Ərəb) şеir yazmağı bacaran ən məşhur Türk­dil­li şair və düşünürlərdəndir. Onun əsərlərinə diqqət yetirdiyimizdə , ərəb, fars (Attar və Təbrizli Şəms) və Türk kültüründən (Orta Asya Türk topluluqlarının Gök-Tanrı inancı) təsirləndiyini söyləyə bilərik(Ablay,1988:147).

Öncədən də qeyd etdiyimiz kimi, Mövlana Cəlaləddin Türk- İslam aləminin ən görkəmli düşünürlərindəndir və xüsusilə Anadolu Türk insanı ona böyük sevgi, sayqı bəsləmiş və düşüncələrini mənimsəmişdir.

Aradan təxminən 700 ildən çox bir zaman keçməsinə rağmən, onun düşüncələri hələ də Türk xalqının ilgi və sevgisini cəlb etməyə davam etməkdədir. Mövlananın sevgi və eşq fəlsəfəsi yaşadığı gündən bu günə, yalnız Türk millətinin deyil, çeşitli- müxtəlif din və kültürdən olan bütün dünya insanlarının diqqətini cəlb edir və marağına səbəb olur. Əslən Azərbaycan Türkü olan araşdırmacı-yazar görkəmli türkoloq İren xanım Melikoff bu haqda demişdir: “Mövlananın əsərlərini dünya millətləri öz dillərinə çevirib oxusalar, dünyada kötülük (pislik), hərb, kin, nifrət deyə bir şey qalmaz”(Yeniterzi, 1997:109).

Soydaşımız olan türkoloqun sözləri həqiqətən doğrudur. Mən də şəxsən düşünürəm ki, MÖVLANANIN fəlsəfəsi və dünya görüşü müasir dünyamızda var olan və müalicəsi bilinməyən mənəvi xəstəlikləri sağalda biləcək təsirə malikdir.

Məlumdur ki, Muhamməd Celaləddin Rumi dünya görüşü, fəlsəfəsi və düşüncə tərzi ilə illərdir insanların ruhuna xitab edir və mənəviyyatını doyurur(Əslində xoşgörünün və sevginin təmsilçisi olan Mövlananın dünya görüşü və fəlsəfəsinə dair başqa bir xüsusi araşdırma məqaləmiz olacaqdır. Bu məqaləmizin mövzusu bir az fərqlidir). Hər birimiz əsərlərinə, düşüncəsinə önəm verdiyimiz və günümüzdən yüzillər öncə yaşamış şairlərin, ədiblərin əsərlərini oxuyunca onların təsvir edildiyi rəsmlər gözümüzdə canlanır. Məsələn, Nizami Gəncəvi , Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, İmaddədin Nəsimi, Yunus Əmrə deyincə, dərhal gözümüzdə onlara aid olduğu rəvayət edilən dərgilərdə, kitablarda, dərsliklərdə, hətta internet aləmində yayılmış olan təmsili fotolar canlanır. Mövlana Cəlaləddin deyincə də ağlımıza gözümüzün aşina olduğu o məşhur və onu əks etdirdiyi deyilən təsvir gəlir. Bu həqiqətənmi Mövlananın təsviridir? Məhz bu yazımızın da mövzusu əsasən budur.

(Yəqin olan rəsm)

Şəxsən bu sətirlərin müəllifi də Mövlana Cəlaləddinin dünya görüşünü, düşüncə tərzini sevən və önəmsəyən, əsərlərini oxumağa və anlamağa çalışan birisidir. Amma heç bir zaman bu məlum təsvirin ona aid olduğunu qəbul etmirəm. Çünki əsərlərində təvəzökarlığı, nəfsin tərbiyəsini və açgöz olmamağı tövsiyyə edən birisinin kök, kilolu və yuxlu bir şəkildə təsviri heç də inandırıcı olmaz. Daha doğrusu, yayqın və məlum rəsmin onu əks etdirmədiyi fikrinə düşünməyimin ilk səbəbi onun vəsiyyətnaməsini oxumağım oldu.

Vəsiyyətnaməsində Mövlana Cəlalləddin buyurur: “Sizə, gizli və açıqda Allahdan (c.c) qorxmağı, az yeməyi, az yatmağı, az danışmağı, günahlardan çəkinməyi, oruç tutmağı və namaz qılmağa davam etməyi, daima şəhvətdən qaçınmanızı, bütün yaratıqlardan gələn cəfaya təhamüllü olmağı, avam və cahillərlə oturmamağı, kərəm sahibi olan salih kimsələrlə bərabər olmağınızı vəsiyyət edirəm. İnsanların xeyirlisi, insanlara faydası olandır. Sözün xeyirlisi də az və öz olanıdır. Həmd yalnız tək olan Allaha məxsusdur. Tövhid əhlinə salam olsun".

Sonradan düşüncəmin doğru olduğunu anladım. Belə ki, Mövlananın 22-ci quşaq (kuşak) nəvəsi və “Çelebi” məqamının son təmsilçisi Faruk Hemdem Çelebi Mövlan deyincə ağla gələn rəsmin gərçəkliklə əlaqəsinin olmadığı fikrini təsdiq etdi. Bu haqda Faruk Hemdem Çelebinin çox önemli fikirləri var.
Mövlanaya ətfedilən, öncədən də qeyd etdiyimiz məlum təsvir Mövlananı oturmuş şəkildə göstərən rəsim, Çələbi ailəsi və Mövlana araşdırmaçıları tərəfindən qəbul edilmir. Nəvəsi Faruk Hemdem Çelebi felsefesində her zaman nəfsin tərbiyə edilməsini, hər şeyin bir qanun-qayda (disiplin) çərcivəsində olmasını məsləhət bilən Mövlananın belə kilolu – kök bir şəxs olamayacağını iddia edir. Mövlanaya aid olduğu düşünülən və yayqın olaraq istifadə edilən məlum rəsmin İranda 1960-cı illərdə bir yarışmada birincilik qazandığı bilinir. Sonradan Cəlaləddinin oturmuş bir şəkildə və çox kök bir halda təsvir edildiyi bu rəsm, Konya Mövlana Müzeyine hədiyyə edilincə müxtəlif tədbirlərdə də istifadə edilməyə başlandı.

(İranda yarışmada birinci olan məlum rəsim)

Selçuk Üniversitetinin Mövlana Araştırmaları İnistutunun müdidi Doç. Dr. Ali Temizel Türkiyədə və dünyada yaygın şəkildə istifadə edilən rəsmin İranda bir rəssam tərəfindən çəkildiyi fikrini doğruladı: “İranlı (fars) gözü ilə rəsm edilmişdir. Həyata keçirilən araşdırmalar və qaynaqlar Mövlananın Doğu-Şərq Türklərindən olduğunu göstərir. Bu səbəblə də daha kök - kilolu deyil, arıq olduğunu, gözlərinin o rəsmdəki kimi yuvarlaq deyil də, daha çəkik olduğunu düşünürük. Əldə başqa rəsm olmadığı üçün bu rəsm qəbul görmüşdür. Əslındə bir rəsmdən ziyadə onu təmsil edən bir simgəyə dönüşmüşdür”.

Hal bu olunca belə bir sual meydana çıxır: “Mövlananın sağlığında rəsmi çəkilmişdirmi?” Bu sual hələ də bəlirsizliyini –bilinməzliyini qoruyarkən, Əflaki Əhməd Dədəyə aid “Menakıb’ül Arifin” adlı farsça əsərdə Mövlana ortanın biraz üstündə boyu olan, çox arıq, həfif, çəkik gözlü və soluq bənizli biri olaraq təsvir edilirdi. Ayrıca Onun Mövlana Müzeyində sərgilənən hırkasına (üst geyimi) diqqət yetirdiyimizdə, boyunun 1.80 civarında olacağı təxmin edilir. Hz.Mövlananın daha sonrakı yüzillərdə də müxtəlif rəsm və minyatürləri düzəldilmiş olsa da, heç biri digərinə bənzəmir.

Amma Mövlananın ailəsi tərəfindən qəbul edilən bir rəsm vardır. Faruk Çelebi (nəvəsi) özünün dünyaya gəlməsindən illər öncə, 1942-ci ildə görülən bir yuxu üzərinə çəkilən və ona çox bənzəyən Mövlana rəsminin ailə tərəfindən daha çox qəbul gördüyünü qeyd etdi. Çelebi resmin hekayəsini belə anlatdı: “Hər il Şeb-i Arus törənlərində (Mövlananın vəfatının ildönümündə) qarşılaşdığım Fahir Erkey adında bir psixoloq vardı. Atam 1996-cı ildə vəfat etdikdən sonra məni təkidlə evinə dəvət etdi. Evinə getdiyimdə duvardakı rəsmlə məni qarşılaşdırıb, “SubhanAllah... Nə qədər böyük bir bənzərlik” dedi. Rəsmin 1942-ci ildə çəkildiyini bildirdi, təsəvvüfə aid bir dərnəklərinin olduğunu, bu dərnəyin üzvü 2 nəfərin eyni gecədə Hz.Mövlananı yuxuda gördüyünü anlatdı. Bu şəxslər bir rəssama yuxularında gördükləri Mövlananın üz cizgilərindən bəhs etmişlər. İkisinin də ayrı-ayrı söylədikləri təsvirə əsasən çəkilən bu rəsm ortaya çıxmışdır. 1942-ci ildən, yəni mən dünyaya gəlməmişdən illər öncə çizilmiş bir rəsmdir. Mən də baxdığımda özümə bənzədirəm”.

Dəyərli oxuyucular, Faruk Çələbinin bəhs etdiyi Mövlana rəsmini sizlərlə paylaşıram .

(1942-ci ildə rəsm edilmişdir)

Bundan əlavə, dünyada tanınmış şəxslərin balmumu heykəllərini sərgiləməsi ilə bilinən ünlü Madame Tussauds Müzeyinin 21-ci mərkəzi İstanbulda açılmışdır. Bu muzeyin yetkililəri Mövlananın 22 quşaqdan nəvələri Esin Çelebi Bayru və Faruk Hemdem Çelebi ilə əlaqə saxlamışlar. Onlardan əldə etdikləri bilgilər və akademik qaynaqların işığında onlar da Mövlananın simvolu olmuş o məlum rəsmin gerçəyi yansıtmadığı qərarına gəlmişlərdir. Beləliklə, Madame Tussauds müzeyinin İstanbul genel müdürü Sarper Hilmi Suner Mövlananın balmumu heykəlini sərgiləmək istədiklərini ailəyə bildirmişlər. Konyanı ziyaret edərək dönəmin şərtlərini və atmosferi ilə əlaqədər məlumat edinən müzeyin yetkililəri ailənin də razılığı ilə nəvəsi Faruk Hemdem Çelebi’nin model olmasına qərar verdilər.

(Faruk Hemdem Çelebi)

Ailə ilə ortaq qərara əsasən, “niyaz anındakı Mövlana” pozunun heykələ dönüşdürülməsi üçün Çelebidən 3 saatı aşan bir seansda, 250 dən çox bədən ölçüsü alınıb, 180-dən çox foto çəkilib, 3 boyutlu vücud taraması-incələnməsi gərçəkləşdirilib. Heykəltaraşlar öncə gilden bir büst hazırladı.

Sonrasında da çalışmanın qəlibi çıxardılaraq içinə balmumu töküldü və 12 həftə sürən rəngləndirmə, saç, göz, saqqal detayları üzərində çalışıldı. Hər aşamada ailədən onay alındı. Araşdırma daxil bu çalışma 6 ay sürdü. Beləliklə “Niyaz halında Mövlana” heykəli ərsəyə çıxdı, oluşduruldu.(muxalifet.az)

(Mövlanə Cəlaləddin-i Ruminin balmumu heykəli)

Aynur TALIBLI,
Tarix və mədəniyyət araşdırmaçısı
İstanbul, 2018

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Ən çox oxunanalar