Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı ilə Vidadi Zeynalovun "Qlobal-Aqro" şirkəti prezidentin adı ilə sahibkarları necə incidir...

Kürdəmirdə inşa edilən aqroparkın tikintisini başa çatdırmaq üçün rayonun idarə və müəssisə rəhbərlərindən, həmçinin sahibkarlardan pul toplandığı iddia olunur

Hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun şərikli şirkəti sahibkarların istifadə etdiyi torpaq sahələrini ölkə başçısı İlham Əliyevin adı ilə istila edir. Bu barədə PİA.az- a Kürdəmirdən daxil olan məlumatda bildirilir.

Azərbaycanda 2015-ci ildə baş verən neft böhranından sonra hökumət aqrar sektorun inkişafını prioritet sahələrdən elan etdi. Bu məqsədlə ardıcıl olaraq aqrar sahənin inkişafına, innovativ layihələrə dövlət büdcəsindən böyük vəsaitlər ayrıldı.

Hökumətin aqrar sektorun inkişafına ayırdığı vəsaitlər hazırda da artan dinamika ilə davam etməkdədir.

Ancaq təəssüflər olsun ki, bəzi məmurlar səlahiyyət və digər imkanlarından istifadə edərək bu sahədə də maxinasiya hallarına yol verirlər. Belə ki, aqrar sahə üzrə müxtəlif şəxslərin adlarına yaradılan, milyonluq layihələrə imza atan bəzi şirkətlərin arxasında "məmur işbirliyi" dayanır.



Belə maxinasiya hallarından biri də 2016-cı ildə Kürdəmir rayonunun Pirili kəndi ərazisində yaradılan "Qlobal-Aqro" MMC ilə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında baş verib. Kürdəmir rayon sakinlərinin PİA.az-a verdikləri məlumata görə 2000 hektar sahədə yaradılan proyektin arxasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalov və onunla bu işdə şərik olan Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov dayanır.

Qeyd edək ki, Vidadi Zeynalov və Ceyhun Cəfərovun qohumluq bağları var və bu layihə ikilinin heç də ilk şərikli biznes strukturu deyil. Yerli mətbuatın yazdığına görə Vidadi Zeynalovun və Ceyhun Cəfərovun çoxlu sayda şərikli biznes strukturları mövcuddur və iddialara əsasən Vidadi Zeynalovun əmlakına həbs qoyulduğu zaman sabiq aparat rəhbərinin biznes strukturunun böyük bir hissəsini məhz Ceyhun Cəfərov xilas edib.

Kürdəmirdə bir neçə mənbədən aldığımız məlumata görə "Qlobal-Aqro" MMC-yə məxsus olan və 2000 hektar ərazidə yaradılan aqroparka ayrılan dövlət vəsaitləri əslində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Vidadi Zeynalovun digər şərikləri tərəfindən mənimsəyərək sabiq aparat rəhbərinin dövlətə vurduğu milyonlarla zərərin bir hissəsini ödənilməsinə yönləndirilib.

Qeyd edək ki, 2017-ci ilin iyun ayında Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı mətbuata müdafiə etdiyi şəxsin ailəsinin yaşadığı mənzilin satıldığını və dövlətə 2 milyon 200 min manat ödəniş edildiyi barədə açıqlama vermişdi. Ancaq digər yerli mətbuat orqanları həmin vaxt vəkilin qeyd etdiyi evin məhz sabiq Aparat rəhbərinin yaxınları tərəfindən formal olaraq alındığını, evdə yenə də Vidadi Zeynalovun ailəsinin yaşadığını yazdılar.

Apardığımız araşdırma zamanı məlum olub ki, "Qlobal-Aqro" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin sahibi İmişli şəhəri, Ağamalıoğlu, ev 2, m. 51 ünvanında yaşayan Hüseynov Natiq Səyyaf oğludur. Adı çəkilən şəxsin Ceyhun Cəfərovla, Vidadi Zeynalovun şəriki olan bir iş adamının işçisinin sinif yoldaşı olduğu bildirilir.

Hazırda "Qlobal-Aqro" MMC-nin dənli bitkilərinin saxlanılması üçün 27 min tonluq anbarın tikintisi aparılır. PİA.AZ-a verilən məlumata görə Aqroparkın layihəsinə dövlət büdcəsindən ayrılan pullar rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və şərikləri tərəfindən mənimsənildiyinə görə layihənin tikintisi rayon idarə və müəssisələrinin müdirlərindən toplanan pullar hesabına tikilir. Həmçinin, ərazidəki sahibkarların istifadə etdikləri torpaq sahələri də ölkə rəhbərinin adından istifadə edilərək mənimsənilir.

Məlumatda qeyd olunur ki, bu layihədə digər "gözəgörünməz" şərik isə radikal müxalifət partiyası AXCP-nin sədri olan Əli Kərimliyə çox yaxın adamlardan biri plan Hacı Ədalət adlı şəxsdir. Kürdəmir rayonunda hər kəs Hacı Ədalətin AXCP sədri Əli Kərimliyə yaxın olduğunu yaxşı bilir.

Əldə etdiyimiz məlumata görə icra başçısı Ceyhun Cəfərov Hacı Ədalətlə olan yaxın münasibətə görə onun bacısı oğlu Natiq Kərimovu Kürdəmir rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş Şöbəsinin müdiri təyin edib.

Onu da qeyd edək ki, Kürdəmir rayonuna yaxın günlərdə səfəri gözlənilən ölkə başçısının adından aqroparkın tikintisi zamanı sui-istifadə edildiyi, ərazidə fəaliyyət göstərən digər sahibkarlara təzyiqlər edildiyi deyilir.

Araşdırmamız davam edir...

Yazıda adı keçən qurumların və vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Ən çox oxunanalar