Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək

Bu gün gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki ilk oyunu keçiriləcək

Əvvəlcə yarışın ötən mövsümdəki finalçısı "Qəbələ" Premyer Liqanın debütantı "Sabah"ı qəbul edəcək. Bu komandalar cari çempionatda eyni - 17 xala malikdirlər və 4-5-ci pillələri bölüşürlər. Rəqiblər ilk iki dövrədə evdə bir-birləri ilə görüşdə qələbə qazanıblar. "Qırmızı-qaralar" Qəbələdə 2:1 hesablı qalibiyyətə sevindikləri halda, "Sabah" tək qolla 3 xal əldə edib.

Günün digər oyununda çempion titulunun sahibi "Qarabağ" Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə"ni qəbul edəcək. Bu komandaların Premyer Liqadakı sonuncu duelində ağdamlılar böyük hesabla qalib gəlib - 5:1. Əvvəlki qarşılaşmada isə 1:1-lik heç-heçə qeydə alınıb.

"Qarabağ" çempionatda 30 xalla 2-ci, "Keşlə" isə 12 xalla 7-ci sıradadır.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

16 dekabr (bazar)

14:00. "Qəbələ" - "Sabah"

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Eldar Qasımov

Qəbələ şəhər stadionu

19:00. "Qarabağ" - "Keşlə"

Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar