Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirildi

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 80-ci iclası keçirilib

Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas iştirakçıları əmtəə və xidmətlərin azad mübadiləsi haqqında Saziş layihəsi üzərində işi fəallaşdırmaq, ona “İnvestisiyalar” fəslini əlavə etmək barədə qərar qəbul ediblər. “MDB-nin iştirakçısı olan dövlətlərdə rəqabətli siyasətin formalaşdırılması” mövzusunda məruzənin müzakirəsindən sonra tövsiyə olunub ki, MDB ölkələrinin əlaqədar nazirlik və idarələri onun müddəalarını nəzərə alsınlar.

2020-ci ilə qədər olan dövrdə Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramı çərçivəsində innovativ fəaliyyətin monitorinq sistemi haqqında Əsasnamə və innovasiyaların kommersiyalaşdırılması mərkəzləri şəbəkəsinin yaradılması haqqında Əsasnamə də təsdiq edilib.

İclas iştirakçıları dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası və 2018-ci fraxt ili üçün dəmir yollarının tarif siyasəti haqqında MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi barədə informasiyanı müzakirə ediblər,

malın mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsini bəyəniblər.

İclasda 2018-ci ildə Tacikistan Respublikasının MDB-yə sədrliyinin iqtisadi gündəliyinə yekun vurulub. İqtisadi Şura üzvlərinə 2019-cu ildə MDB-yə Türkmənistanın sədrliyi Konsepsiyası təqdim edilib.

Bundan əlavə, bir sıra büdcə-maliyyə və təşkilati məsələlər müzakirə olunub.

MDB İqtisadi Şurasının növbəti iclası 2019-cu il martın 15-də Moskvada keçiriləcək.(AzərTAc)

pia.az


Etiket: Moskva MDB

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar