Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz və Emin Ağalarovlarun ABŞ məhkəməsindən xahişi –"İddia ərizəsi rədd olunsun"

“Crocus Group” şirkətinin sahibi Araz Ağalarov və onun oğlu Emin Ağalarov ABŞ Demokrat partiyasının onlara qarşı qaldırdıqları iddia ərizəsinin rədd olunmasını xahiş ediblər.

Demokrat partiyası məhkəməyə müraciətində bəhs olunan şəxslərin Rusiyanın 2016-cı il seçkilərinə qarışması prosesinin iştirakçısı hesab etdiyini bildirib. Ərizə partiyanın vəkillər qrupu tərəfindən Nyu-York ştatının Cənub dairə məhkəməsinə təqdim edilib.

Ağalarovun vəkilləri isə iddia ərizəsində Rusiya biznesmenləri ilə Rusiyanın ehtimal edilən müdaxiləsi arasında bağlantı qurulmadığını bildiriblər. Vəkillərin firkincə, Ağalarovlar ailəsinin Rusiyada yaşaması və ABŞ-ın indiki prezidenti Donald Tramp və onun komanda üzvləri ilə tanışlıqlarının olması “onların hansısa kompüterlər proqramının sındırılması” işində iştiraklarına əsas verə bilməz.

“İddiaçının Ağalarovlara qarşı tələbləri kökündən yanlışdır və qərəzli olması səbəbindən təmin edilə blilməz”,-deyə vəkillərin etiraz mətnində deyilir.

Qeyd edək ki, ABŞ sanksiyaları “Renova” qrupunun sahibi Viktor Vekselberq tərəfindən də mübahisələndirilir. “Bloomberg” agentliyinin məlumatına görə, Vekselberq ona qarşı tətbiq olunan məhdudiyyətlərin məhkəmə yolu ilə götürlüməsi üçün amerikalı vəkillər tutub.

Demokrat partiyasının iddiasına gəlincə isə, ərizə bu ilin aprelində məhkəməyə təqdim olunub. Burada cavabdeh olaraq Rusiya Müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsi, Araz və Emin Ağalarovlar, prezident Donald Trampın seçki kampaniyasının komandası, prezidentin özü, onun kürəkəni Cared Kuşner və oğlu kiçik Donald Tramp, həmçinin WikiLeaks və onun təsisçisi Culian Assanj göstərilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar