Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi başa çatıb

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi başa çatıb

FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edib.

Konqresin ikigünlük iclaslı zamanı FIG prezidentinin və texniki koordinatorun hesabatları, eləcə də gimnastika növləri üzrə qurumun Texniki komitələrinin hesabatları dinlənilib. Sonra FIG-in daxililində olan qitə ittifaqlarının rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.

FIG-in rəhbər orqanları, o cümlədən strukturun üzv federasiyaları tərəfindən Konqresdən əvvvəl irəli sürülmüş təklifləri müzakirə olunub. Bundan əlavə, beynəlxalq qurumun Nizamnaməsinə və qaydalarına dəyişikliklər, FIG-ə yeni üzvlərin qəbulu ilə, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi ilə bağlı məsələlər müzakirə edilib, növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.

Qeyd edək ki, Konqresdən əvvəl noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.

Xatırladaq ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil olunub.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Daxildə istirahət xaricdən niyə bahadır? - Video

Ən çox oxunanalar