Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlillik dərəcələri üzrə təsnifatlar dəyişdirilir - Saxta əlilliklərin qarşısı alınacaq?

Bu gün Beynəlxalq əlillər günüdür

Fazil Mustafa: “Ümid edək ki, əlillik dərəcələri üzrə təsnifatlar zamanı orqanizmin qeyri-işlək funksionallığı əsas meyar kimi götürülməsi effektli tətbiq olacaq”

Əhməd Qəşəmoğlu: “Hansı meyarlarla yeniliklər tətbiq olunsa da, əgər insan əlildirsə, onun dərəcəsini müəyyənləşdirmək o qədər də çətin deyil”.

Dekabrın 3-ü BMT Baş Məclisinin qərarına əsasən bütün dünyada əlillər günü olaraq olunur. Azərbaycanda isə hal-hazırda əlillik dərəcələri üzrə təsnifatlar dəyişdirilir. Belə ki, əvvəl əlilliyi olan şəxslər 3 qrupa bölünürdüsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi ilə bu, beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçiriləcək. Yeniliyi görə əlillik dərəcələri üzrə təsnifatlar zamanı orqanizmin qeyri-işlək funksionallığı əsas meyar kimi götürüləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir əvəzi Sabir Qocayevin sözlərinə görə, bu, beynəlxalq təcrübədən irəli gələn bir yanaşmadır. Hazırda ikinci qrup əlillər hər 5 ildən bir iki dəfə, 3-cü qrup əlillər isə hər 5 ildən bir 3 dəfə olmaqla əlillik dərəcələri təyin edilirdisə, yeni layihəyə əsasən, bu qaydalar da dəyişdiriləcək.

Hazırda dəyişikliklərlə bağlı qanunvericilik aktlarının hazırlanması prosesi aparılır. Qeyd edək ki, Azərbaycanda əlillliyin təyin olunmasında ən böyük problemlərdən biri rüşvət yolu ilə əlillik dərəcəsinin alınması olub. Yeni mexanizm qüvvəyə mindikdən sonra saxta əlilliklərin qarşısını almaq mümkün olacaqmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Məclisin deputatı Fazil Mustafanın və sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Fazil Mustafa: “Əlilliklə bağlı olacaq yenilik barədə risk edib nə isə deməkdə çətinlik çəkirəm”.

Son illərdə bu cür yeniliklərin tez-tez eşidildiyini vurğulayan millət vəkili PİA.az-a açıqlamasında əlavə edib ki, əlilliyə edilən yeniliyin tətbiqinin nə dərəcədə faydalı olacağı üzərində düşünmək lazımdır:

“Son illərdə bu cür yenilikləri tez-tez eşidirik. Bu da görnüşcə müsbət tendensiyadır. Amma əlilliyə edilən yeniliyin tətbiqinin nə dərəcədə faydalı olacağı üzərində düşünmək lazımdır. Çünki bəzən yenilik tətbiq olunur, amma istənilən effekti almaq olmur.

Ümid edək ki, əlillik dərəcələri üzrə təsnifatlar zamanı orqanizmin qeyri-işlək funksionallığı əsas meyar kimi götürülməsi effektli tətbiq olacaq. Həmçinin əlilliklə bağlı yenilik vətəndaşların marağını təmin edəcək səviyyədə həllini tapmalıdır.

Onu da qeyd edim ki, son illərdə islahat adı ilə keçirilən bir sıra tədbirlərin sonradan nə qədər böyük fəsadlar verdiyinin ortaya çıxdığını gördük. Buna görə də əlilliklə bağlı olacaq yenilik barədə də risk edib nə isə deməkdə çətinlik çəkirəm”.

Əhməd Qəşəmoğlu: “Bütün xarici texnologiya, metodologiyadan əvvəl işə vicdanlı yanaşmaq lazımdır”.

Əlilliyin göz qabağında olduğu üçün araşdırılmasına o qədər ehtiyacın olmadığını qeyd edən sosioloq PİAZ.az-a açıqlamasında bildirib ki, bu sahədə iş vicdanla qurularsa, problemlər yaşanmaz:

“Hər bir işin uğuru insanın o işə nə qədər vicdanlı yanaşmasından asılıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri gənc adamdır və hələlik onun haqqında müsbət imic formalaşıb. Mən çox arzu edərdim və inanmaq istərdim ki, yeni nazir özündən əvvəlki nazirlərin yolu ilə getməsin. Bu sahədə bacardığı qədər düzgün addımların atılmasına səbəb olsun.

Əlillik də göz qabağında olandır. Yəni onun araşdırmaya o qədər də ehtiyacı yoxdur. Sadəcə iş vicdanla qurularsa, bu sahədə problemlər yaşanmaz. Hansı meyarlarla yeniliklər tətbiq olunsa da, əgər insan əlildirsə, onun dərəcəsini müəyyənləşdirmək o qədər də çətin deyil. Əlillərə də kömək etmək lazımdır.

Yəni, bütün xarici texnologiya, metodologiyadan əvvəl işə vicdanlı yanaşmaq lazımdır”.

Xatırladaq ki, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nü əlilliyi olan insanların “Beynəlxalq günü” kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. “Beynəlxalq Əlillər Günü”nün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

Hər il 3 dekabrda keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilib.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar