Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölən və itkin düşənlərin bank kreditlərini kim ödəyəcək? - Yeni qaydalar

Banklarda istehlak kreditlərinin qaytarılması 0-30 gün gecikdikdə qənaətbəxş, 31-90 gün gecikdikdə nəzarət altında olan, 91-120 gün gecikdikdə qeyri-qənaətbəxş sayılacaq.

Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi və gələn il mayın 29-da qüvvəyə minəcək “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda əksini tapıb.

İstehlak kreditinin qaytarılması 121-150 gün gecikdirildikdə təhlükəli, 150 gündən artıq gecikdirildikdə isə ümidsiz sayılacaq.

Aşağıdakı hallarda istehlak kreditləri yerləşdirildiyi anda qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir:

– borcalanın son 6 ay ərzində vaxtı keçmiş krediti olduqda;

– borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirlərinin cəmi və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən aşağı olduqda (bu Qaydalara 1 saylı Əlavədə müəyyən edilmiş qaydada hesablanır);

– həyatın yığım sığortası əsasında verilmiş kreditlər istisna olmaqla müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 gündən çox olduqda;

– borcun gəlirlərə nisbəti əmsalı 45%-dən artıq olduqda:

Sonuncu halla bağlı istisnalar da var. Bura xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə kreditin təminata olan nisbəti (KTN əmsalı) 90%-dən çox olmadığı, milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadığı və milli valyutada istehlak kreditləri üzrə təminat qismində banka girov (saxlanc) qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadığı hallar daxildir.

Borcalan vəfat etdikdə, Mülki Məcəllədə müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda) istehlak krediti ümidsiz aktiv kimi təsnifləşdiriləcək./fed.az/

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

Ən çox oxunanalar