Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Səuidiyyə əlaqələrində qaranlıq tunel

Ərdoğan qlobal zirvədə vəliəhd şahzadəyə əl uzadacaqmı?

Semih İdiz

“Əl-Monitor”

Türkiyənin Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşuqcinin öldürülməsində Riyadı məsuliyyəti boynuna almasına məcbur etmə qərarlılığı iki ölkə arasındakı ciddi böhrana işarə edir.

Ankaranın ittihamları, ilk növbədə, vəliəhd şahzadə Məhəmməd bin Salmanı hədəf aldığından regional böhran qaçılmaz görünür.

Rəcəb Tayyib Ərdoğan və hökumətini “şər üçbucağı” olaraq xarakterizə ediləndən sonra o, şahzadə heç bir sevgi bəsləmir.

Türkiyə, Qətər istisna olmaqla, Səud xanədanından asılı olan əksər ərəb ölkələrinin müxalifliyi ilə üzləşib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə BMT vasitəsilə cinayətin beynəlxalq araşdırılmasına çağırır. Bu çağırış Riyadda dərhal rədd edilib.

Doğrudur, Riyad, nəhayət, Xaşuqcinin Səudiyyə Konsulluğunda öldürüldüyünü etiraf edib. Həmçinin, 18 nəfərlik heyətdən beş nəfər günahkar olduğu üçün ölüm cəzasına məhkum olunub. Yəni Türkiyənin şübhələrinə əlavə olaraq, Səudiyyə tərəfi MBS-ini cinayətdən kənarda saxlamaq aşağı səviyyəli rəsmiləri qurban verib.

Türkiyə MBS-in adını açıq çəkməyib, ancaq Xaşuqcinin öldürülməsi üçün əsas məsuliyyəti o daşıyır. “The Washington Post”-dakı məqaləsində də Ərdoğan onu ittiham edib. “Biz Səudiyyə Ərəbistanında saxlanılan 18 şübhəli arasında cinayətkarlar olduğunu bilirik. Həmin şəxslərin kimin əmrlərini yerinə yetirmək üçün gəldiklərini bilirik. Nəhayət, Xaşuqcinin öldürülməsi üçün Səudiyyə hökumətinin ən yüksək səviyyəsindən razılıq alındığını da bilirik”.

Ərdoğan ad çəkməyib, amma göstərdiyi yön aydındır.

Dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik məsləhətçisi Con Boltonla təmasdan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin mövqeyini təkrarlayıb. Çavuşoğlu jurnalistlərə bildirib ki, digər ölkələr kimi, Türkiyə də Səudiyyə Ərəbistanı ilə əlaqələrini pozmaq istəmir. “Biz Xaşuqci cinayətini səudilərlə ikitərəfli əlaqələrdə problem olaraq görmürük. Əsas olan bu cinayəti işıqlandırmaq məsələsidir və səudilər bu sui-qəsdi törətdiklərini etiraf etmək məcburiyyətindədirlər”.

Çavuşoğlu Riyadı bu işi həll etmək üçün Ankara ilə kifayət qədər əməkdaşlıq etməməkdə günahlandırıb. O bildirib ki, BMT tərəfindən lazımi araşdırma aparmaq üçün xüsusi qrup qurula bilər. Çavuşoğlu deyib ki, MBS-ni dəstəkləyən Amerika öz iqtisadi maraqlarını kənara qoymalı və bu işi sona çatdırmalıdır. “Qanunun aliliyi təmin olunmalıdır və biz qanunlara əsaslanan beynəlxalq hüquqa inanırıq”.

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr hər zaman müxtəlif səbəblərdən soyuq olub. Bunun bəzi səbəbləri Osmanlı dövrünə aiddir. Təqaüdçü səfir Əli Tuyqanın fikrincə, Səudiyyə Ərəbistanının Türkiyəyə yanaşması başlanğıcdan bəri eynidir. “Səudiyyə Ərəbistanı ənənəvi olaraq Türkiyəyə regional rəqib kimi baxır. Bu, Türkiyənin Osmanlı mirasıdır. O, Türkiyənin dünyəviliyinə qarşı düşmən mövqedədir”.

Türkiyənin regional iddialarına etibarsızlıq “Ərəb baharı”ndan sonra daha da güclənib. Ərəb rejimləri, xüsusilə də “Müsəlman Qardaşlar” kimi qruplara nifrət bəsləyib ekzistensional təhlükələrlə qarşılaşıblar.

Ankaranın 2013-cü ildə demokratik yolla seçilmiş prezidenti Məhəmməd Mursini dəstəkləməsi və İslamçı hökuməti devirən çevrilişi tənqid etməsi onun regional istəkləri ilə bağlı şübhələri artırıb.

Bu, xüsusilə Mursinin devrilməsini təşviq edən Səudiyyə Ərəbistanında aktual olub və o, 2014-cü ildə “Müsəlman Qardaşlar”ın fəaliyyətini qadağan edib.

Ankaranın Qətərin blokadasını pozması Səudiyyə tərəfində Türkiyəyə qarşı hiddəti artırıb. MBS bu şəraitdə Türkiyənin “şər üçbucağı”nın üzvü olduğunu söyləyib.

Türkiyə-Səudiyyə əlaqələrinə ziyan vuran digər məsələlər arasında Ankaranın Fələstin məsələsinə güclü siyasi dəstəyi də daxildir. İsraillə gizli əlaqələri olan Riyad fələstinlilərin vəziyyətinə laqeyd görünür.

Bu fərqlərə baxmayaraq, Ankara və Riyad bağları yaxşılaşdırmaq arzusunun qarşılıqlı ifadə edib. Lakin Xaşuqci məsələsi münasibətə ciddi zərbə vurub, Səudiyyə mediası Türkiyəni hədəfə alıb.

Səudiyyə Ərəbistanına qarşı əsassız “cadugər ovu”nu davam etdirən ölkələr padşahlığın suverenliyi və sabitliyinə düşmən olaraq qəbul ediləcək”. Bunu yazan “Əş-Şərq əl-Əvsat” qəzetinin keçmiş baş redaktoru Salman Əl-Dusaridir – Səudiyyə kral ailəsinin üzvü.

“Türkiyə, məsələn, medianı qızışdırmaq əvəzinə, sadəcə Səudiyyə səlahiyyətliləri ilə əməkdaşlıq edə və işin təhqiqinə kömək etmək üçün əlindəki sübutların mübadiləsini apara bilər. Bu cür əməkdaşlıq istintaqın qarşısını almaqdan daha çox cinayətin araşdırılmasını gücləndirəcək”.

Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn MBS-i dəstəkləyib, İordaniya və Livan kimi ölkələr – Səudiyyə Ərəbistanı ilə mühüm iqtisadi əlaqələri olanlar isə səssiz qalmağı üstün tutublar.

Ankara da ABŞ-da və Avropada Xaşuqci cinayəti ilə əlaqədar bütün səs-küyə baxmayaraq, Qərbin son təhlillərində MBS-lə strateji tərəfdaş kimi qalmaq və Türkiyəni yalqız saxlamaq səylərindən narahatdır.

Aparıcı Qərb ölkələri Arqentində keçiriləcək G-20 zirvəsinə qatılacaqlar və prezident Donald Trampın orada MBS-lə görüşəcəyi barədə artıq məlumatlar var. Tramp artıq Səudiyyə Ərəbistanı ilə Xaşuqci məsələsində 110 milyard dollarlıq hərbi müqavilələri qurban verməyəcəyini açıqlayıb.

Bu arada şahzadəyə dair Avropa ölkələrinin mövqeyi müəmmalıdır.

Ərdoğan, həmçinin G-20-də iştirak edəcək, lakin onun MBS-lə görüşəcəyinə dair heç bir məlumat yoxdur.

Təqaüdçü səfir Mithat Rende deyib ki, Türkiyənin Səudiyyə Ərəbistanı ilə olan əlaqələri MBS-ə görə hələ də pozulmağa davam edəcək. “Vəliəhd əvəz olunarsa, əlaqələr inkişaf edə bilər, amma ABŞ-dan və İsraildən əldə etdiyi dəstək onun siyasi yaşamını uzadır”.

Regional ərəb hökumətləri də iqtisadi, hərbi və siyasi dəstək üçün Səudiyyə Ərəbistanına üz tutduğundan bu, Türkiyənin Yaxın Şərqdəki roluna təsir edəcək.

Bir sözlə, Ankaranın Riyadla əlaqələri yaxın gələcək üçün qaranlıqdır.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Ən çox oxunanalar