Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail yenə Suriyada İran qüvvələrini vurdu

İsrail aviasiyasının Suriyada İran qüvvələrinə zərbə endirdiyi barədə xəbərlər yayılıb

Virtualaz.org bildirir ki, bu barədə məlumat əvvəlcə “Step News Agency” adlı ərəb portalında yer alıb. Həmin mənbə bildirir ki, noyabrın 22-də İsrailə məxsus olduğu güman edilən təyyarə Suriyanın şərqinə, Deyr əz-Zor şəhərinin yaxınlığındakı hədəfə zərbə endirib.

Zərbə nəticəsində Əl-Merayya və Əl-Muhasan yaşayış məntəqələri arasında, hərbi aerodromun yaxınlığında ölənlərin olduğu xəbər verilir. Ehtimal ki, hədəf İran hərbi qüvvələrinin və ya İrana bağlı qruplaşmalardan birinin qərargahı olub. İsrail ordusu bu informasiyanı şərh etmir.

Bu, Rusiyanın Suriya rejimini S-300 zenit-raket kompleksləri ilə təchiz etməsindən sonra İsrailin hava reydi barədə ilk xəbərlərdən biridir. KİV-lər xəbər verir ki, sentyabrın 17-dən, yəni Suriya HHM qüvvələrinin İsrail aviasiyasının növbəti hücumunu dəf edərkən səhvən Rusiya kəşfiyyat təyyarəsini vurmasından bu yana İsrail Hərbi Hava Qüvvələri bir neçə dəfə Suriya ərazisinə zərbə endirib. Hərçənd İsrail analitikləri qeyd edirlər ki, Əsəd rejiminin S-300 kompleksləri ilə təchiz edilməsindən sonra Suriyaya hava zərbələrinin endirilməsi çətinləşib. Əgər əvvəllər İsrail pilotları üçün Suriyada hansısa hədəfi vurmaq sıradan bir iş idisə indi belə əməliyyat üçün xeyli ölçülüb-biçilir, risklər hesablanır.

Əsəd rejiminin S-300 kompleksləri ilə təchiz edilməsindən sonra İsraiin Suriyadakı hədəfləri vurmaq üçün F-35 “Adir” qırıcılarından istifadə etdiyi təxmin olunur. Çünki S-300 kompleksləri bu qırıcıları “görə bilmir”, hərçənd buna tam qarantiya yoxdur.

İsrail KİV-ləri xəbər verir ki, bu gün baş nazir Benyamin Netanyahu müdafiə naziri qismində ilk dəfə Baş qərargaha gedib və zabitlər qarşısında çıxışı zamanı İranın Suriyadakı hərbi iştirakını əsas təhdid adlandırıb. Netanyahu Aviqdor Libermanın istefasından sonra baş nazir postunda qalmaqla müdafiə naziri vəzifəsini də üzərinə götürüb.

“Biz İranSuriyanın hərbi gücünü artırmasının qarşısını almaq, habelə “Hizbullah”ın Livanda yükdək dəqiqlikli silah hazırlamaq layihəsinə imkan verməmək üçün hərəkətə davam edəcəyik”-Netanyahu deyib.

pia.az


Etiket: İsrail İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Azərbaycan boksçusundan Banqkokda növbəti qələbə

Ən çox oxunanalar