Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank 2017-ci il üçün illik hesabatını açıqlayıb

1,4 mlrd. manat həcmində pul nişanı dövriyyədən çıxarılıb

2017-ci ildə inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətlərinin normalizasiyasından irəli gələn aşağı gəlirlilik və yüksək dəyişkənlik şəraitində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə edilməsi üzrə siyasətinin əsas prioriteti vəsaitlərin qorunub saxlanılması olub. Bu barədə qurumun illik hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, valyuta ehtiyatlarının idarə edilməsi üzrə investisiya siyasətinin əsas komponentləri kimi aktivlərin yüksək kredit keyfiyyəti və likvidliyi təmin edilib.

“Hesabat ilinin sonuna rəsmi valyuta ehtiyatlarının 90%-i ABŞ dollarında, 5%-i avroda, 2%-i funt sterlinqdə,3%-i isə SDRdə (BVF-nun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb. AMB-nin valyuta ehtiyatlarının məbləği il ərzində 1,36 mlrd. ABŞ dolları artaraq dövrün sonuna 5,33 mlrd. dollar təşkil edib. Valyuta aktivlərinin idarə edilməsindən 58,2 mln. dollar gəlir əldə edilib”, – deyə hesabatda qeyd olunub.

2017-ci ildə inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətlərinin normalizasiyasından irəli gələn aşağı gəlirlilik və yüksək dəyişkənlik şəraitində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə edilməsi üzrə siyasətinin əsas prioriteti vəsaitlərin qorunub saxlanılması olub.

Sənəddə həmçinin deyilir ki, valyuta ehtiyatlarının idarə edilməsi üzrə investisiya siyasətinin əsas komponentləri kimi aktivlərin yüksək kredit keyfiyyəti və likvidliyi təmin edilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Hesabat ilinin sonuna rəsmi valyuta ehtiyatlarının 90%-i ABŞ dollarında, 5%-i avroda, 2%-i funt sterlinqdə,3%-i isə SDRdə (BVF-nun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb. AMB-nin valyuta ehtiyatlarının məbləği il ərzində 1,36 mlrd. ABŞ dolları artaraq dövrün sonuna 5,33 mlrd. dollar təşkil edib. Valyuta aktivlərinin idarə edilməsindən 58,2 mln. dollar gəlir əldə edilib”, – deyə hesabatda qeyd olunub.

2017-ci il ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatı tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilib. Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, hesabat ilində Mərkəzi Banka dövriyyədən 7,8mlrd. manat və ya 376 mln. ədəd pul nişanı mədaxil olunub, 9 mlrd. manat və ya 452 mln. ədəd pul nişanı isə məxaric olunub.

Ümumilikdə, il ərzində tədavüldə pul kütləsi 1,2 mlrd. manat (17%) artaraq hesabat dövrünün sonuna 8 mlrd. manat təşkil edib. Ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank tərəfindən 410,7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsi təmin olunub. Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-cı ilin sonuna 90%-i ötüb.

“Beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75%-dən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir. Bununla əlaqədar hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə müvafiq qiymətləndirmələrin aparılmasına başlanılıb. Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş “Tədavüldə təmiz pul siyasəti” davam etdirilib”, – məlumatda vurğulanıb.

Hesabatda qeyd olunub ki, il ərzində Mərkəzi Bankda yaradılmış “Əhaliyə xidmət kassaları” vasitəsilə 7,7 mln. manat tədavülə yararsız pul nişanının dəyişdirilməsi və eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilib, tədavülə yararsız 1,4 mlrd. manat (92 mln. ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılıb: “Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2017-ci il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesləri davam etdirilib və dövr ərzində 1,3 mlrd. manat həcmində yararsız pul nişanlarının məhv edilməsi təmin olunub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay