Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosuna alınan vaqonların sayı açıqlandı

Vaqon parkının artması saatda 30 cüt hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini artırmağa imkan verib

Metro vaqonları parkının plana uyğun surətlə yenilənməsi nəticəsində Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla, Azərbaycan hökumətinin yardımı sayəsində Bakı Metropoliteni sıx əməkdaşlıq etdiyi Fransanın “Alstom” və Rusiyanın “Metrovaqonmaş” şirkətlərinin birgə istehsalı olan ən müasir, sərnişin üçün yüksək konforta malik 15 ədəd vaqon alınıb.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, vaqon parkının artması saatda 30 cüt hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini artırmağa imkan verib:

“İnkişafın və yenidənqurmanın davamı olaraq, 2018-ci ildə “Metrovaqonmaş” şirkətindən 10 vaqon alınıb.

Sərnişinlərin rahatlığından və xidmət mədəniyyətinin yüksəldilməsindən ötrü bütün stansiyaların vestibüllərində interaktiv–sensorlu məlumat köşkləri qurulub. Şəhərin xəritəsi üzərindəki Bakı Metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir. Bu il həmin köşklərin imkanları genişləndirilib, sərnişinlərə məlumatlar daha da ətraflı çatdırılır.

Məlumatların daha da dolğun və görüntülü olması üçün bütün stansiyalarda olan sərnişin informasiya sisteminin monitorları dəyişdirilərək ən yeniləri ilə əvəz olunub”.

pia.az


Etiket: Vaqon sayı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Ən çox oxunanalar