Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İranın Avropaya mümkün hücumu ilə bağlı xəbərdarlıq edib

Netanyahudan açıqlama

İsrailin Baş naziri Benjamin Netanyahu deyir ki, Avropa ölkələrinə ərazilərində İranın mümkün hücumlarıyla bağlı xəbərdarlıq edib. O, İranı “silahlı islamın ən güclü dayaq nöqtəsi” adlandırıb.

Noyabrın 1-də Sofiyada bolqarıstanlı həmkarı ilə danışıqlardan sonra Netanyahu jurnalistlərə deyib ki, radikal İslam dünyaya təhdiddir və İsrail bu yaxınlarda İranın Avropa torpağında planlaşdırdığı bir sıra hücumların üstünü açıb.

Netanyahu detalları açıqlamayıb. Amma son aylar ərzində Fransa və Danimarkada İranın müxalifət qruplarına İranın planlaşdırdığı iddia olunan hücumlar barədə məlumat yayılıb.

İsrail lideri Avropa ölkələrinin Tehrana qarşı daha sərt mövqe tutmasına çalışır. Bu il Birləşmiş Ştatların Tehranla 2015-ci il nüvə sazişindən çıxmasını dəstəkləyən azsaylı ölkələrdən olub.

Avropa ölkələri isə nüvə sazişini qüvvədə saxlamağa çalışırlar.

Bolqarıstana səfəri öncəsi Netanyahu deyib ki, məqsədi İran və Fələstin kimi məsələlərdə “Avropa Birliyinin düşməncəsinə və ikiüzlü yanaşması”nı dəyişməkdir. (Azadlıq Radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar