Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bəzi palçıq vulkanları süni şəkildə püskürüb

"Palçıq vulkanlarının ətrafında aparılan qazıntı işləri onların süni şəkildə püskürməsinə səbəb olur"

Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda insan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb:

"Məsələn, Ceyranbatan su anbarının yaxınlığındakı Keçəldağ vulkanı 2000-ci ildə püskürüb. Biz həmin tarixdən əvvəl bu vulkanın püskürmələrini qeydə almamışıq.

Püskürmə ona görə baş verib ki, kraterin yanında boru xəttinin çəkilməsi zamanı qazıntı işləri aparılıb, eyni zamanda, vulkanın krater sahəsi eroziya ilə yuyulub. Bütün bu səbəblər nəticəsində vulkan oyanıb. Biz hesab edirik ki, həmin vulkanın püskürməsi süni püskürmə olub".

A.Əliyev qeyd edib ki, 2001-ci ildə Lökbatan vulkanının kraterinin yanında aparılan qazıntı işləri də həmin vulkanın güclü şəkildə süni püskürməsinə səbəb olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar