Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılov məhkəməyə verilir

Vəkil Aslan İsmayılov BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlını 2 il ərzində altıncı dəfə xüsusi ittiham qaydasında məhkəməyə verib

Buna münasibət bildirərkən Orduxanlı deyib ki, 28 oktyabrda poçt vasitəsilə bildiriş alıb:

- İki il öncə Aslan İsmayılov facebook səhifəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev haqqında tərbiyəzlik etmişdi. Və mən öz liderimi sosial şəbəkədə müdafiə etmişəm. 20 ildən artıqdır siyasi fəaliyyətlə məşğulam və o günə qədər heç bir şəxs deyə bilməzdi ki, kiminsə ünvanına etikadan kənar bir cümlə yazım. Ancaq Aslan-Allahverdi kimlər həddini aşanda təbii ki, cavablarını da almalıdırlar! Bundan sonra utanmadan 5 dəfə Səbail rayon məhkəməsinə müraciət edib. Dəfələrlə məhkəmə prosesi keçirilib. Məhkəmədə üzünə demişəm ki, 60 yaşına çatmısan, utanmırsan, öz maddi maraqların üçün, İlham Rəhimova yaltaqlanmaq üçün başqalarına təhqir yazırsan?

Orduxanlının sözlərinə görə, bu gün Aslan İsmayılov Avropda oturub, Azərbaycan dövləti və onun prezidenti əleyhinə kampaniya aparan "Obyektiv.tv”-də, "Meydan.tv” -də ölkənin baş prokuroru, ədliyyə naziri, Prezidentin köməkçiləri, Milli Məclisin üzvləri və digərlərinin haqqında tərbiyəsizlik edir.


“Artıq bütün materialları toplayırıq. Mən də onun bu özbaşınalığına son qoyulması üçün məhkəməyə müraciət edəcəyəm. BAXCP sədri Qüdrət Həsənquliyev də bütün bunlara hüquqi qiymət verilməsi üçün məhkəməyə üz tutacaq. O, həqiqətən də burada deyilməsi, yazılması mümkün olmayan təhqirlərə əl atır, insanların qüruruna toxunur. Aslan–Allahverdinin bu təhqirlərinə son qoyulmalıdır!”,- deyə BAXCP sədrinin müavini bildirib. (azvision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - Foto

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ən çox oxunanalar