Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Ermənistan kimi özünün vacib geostrateji müttəfiqindən vaz keçə bilər?

Kremlin ideoloqlarından biri, həmçinin Avrasia Birliyi geosiyasi planın müəllifi kimi tanınan Duqinin “Rusiya Azərbaycana qarşı daha Ermənistanın aləti olmayacaq”, fikrini irəli sürərkən nəyi nəzərdə tutur?

İlqar Vəlizadə: “Duqinin bu sözləri etirafdır və bu etiraf Azərbaycan üçün müsbət məna daşıyır. Çünki Azərbaycan dəfələrlə deyirdi ki, Rusiya kimi dövlətin Ermənistanın xarici siyasətində alət kimi istifadə olunması yolverilməzdir”.

Əhəd Məmmədli: “İstənilən halda Ermənistan Rusiya arasında narazılıqlar var və bu narazılıqlar davam etsə təbii ki, Azərbaycana Rusiya tərəfindən daha diqqət ayrıla bilər, müsbət münasibətlər qurula bilər”.

Xəbər verdiyimiz kimi Rusiya politoloqu, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin son açıqlamasında Dağlıq Qarabağla və Ermənistanla bağlı Rusiyanın siyasətinin dəyişəcəyini vurğulayıb. Xüsusilə Kremlin ideoloqlarından biri, həmçinin Avrasia Birliyi geosyasi plnın müəllifi kimi tanınan Duqinin “Rusiya Azərbaycana qarşı daha Ermənistanın aləti olmayacaq”, fikri xüsusi diqqət çəkib.

Duqin hesab edir ki, Ermənistanın yeni hakimiyyəti Qarabağ münaqişəsinin nizama salınması prosesini ATƏT-in Minsk qrupu həmsədrlərinin keçmiş prezident Serj Sarkisyanın əvvəlki hökuməti ilə razılaşdırdığı şərtlərlə davam etdirəcək. Politoloqun sözlərinə görə, Qarabağ münaqişəsinin nizama salınması qarşılıqlı məqbul şərtlərə əsaslanmalıdır. Danışıqlarda Ermənistan Qarabağ əhalisinin erməni hissəsinin protektoru rolunda çıxış edir. “Bəs de-fakto və de-yure Azərbaycanın hissəsi kimi tanınan bu regionun Azərbaycan əhalisi hanı?” - deyə Duqin soruşur.

Bununla birlikdə politoloq qeyd edib ki, Ermənistanda indi güclü siyasi qeyri-sabitlik yaşanır. Və əgər hakimiyyət dəyişikliyi ilə bağlı hadisələr baş verməsəydi, çox əhəmiyyətli nəticələrə nail olunardı. Əvvəlki mərhələdə tərəflər münaqişənin sülhlə həllinin yol xəritəsini faktiki olaraq razılaşdırmışdılar.

“Bəli, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır, amma bu o demək deyil ki, Yerevan Moskva ilə manipulyasiya etmək cəhdlərinə təşəbbüs göstərə bilər. Rusiya ilə əməkdaşlıqdan Azərbaycana qarşı istifadə etmək olmaz. Rusiya Bakı ilə qarşıdurmada Ermənistanın əlində alət olmayacaq. İndi Rusiya Federasiyası Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirir. Erməni-Rusiya münasibətləri heç vaxt anti-Azərbaycan olmayıb. Moskva həmişə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb. Biz Ermənistanla müttəfiqlərik, amma bu müttəfiqlik Azərbaycana qarşı yönəlməyib. Və Azərbaycanla Rusiya Federasiyasının yaxınlaşması heç cür Ermənistanla münasibətlərdən asılı deyil”, - deyə Duqin əmindir.

Kremlə yaxın ideoloq kimi tanınan Duqinin bu fikrləri onu deməyə əsas verirmi ki, Rusiya bundan sonra Ermənistandan daha çox Azərbaycana yaxınlaşacaq? Ümumiyyətlə hesab etmək olarmı ki, Kreml özünün Cənubi Qafqazdakı vacib geostrateji müttəfindən vaz keçsin?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadəyə və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

İlqar Vəlizadə: “İndiki dövrdə Rusiyanın Cənubi Qafqazdakı balanslarından biri pozulsa və Rusiya 20 il öncəki kimi yenə Ermənistanın maraqlarından çıxış etsə, bu zaman Azərbaycanı itirə bilər”.

Ümumiyyətlə siyasi elitada, mətbuatda bu cür fikirlər nə qədər çox yer tutsa, bir o qədər də Rusiyanın mövqeyinin Azərbaycana və regiona qarşı dəyişəcəyini vurğulayan politoloq İlqar Vəlizadə PİA.az-a açıqlamasında əlavə edib ki, bu da Qarabağ münaqişəsinin tənzimlənməsində bizə mövqeyimizi gücləndirmək imkaı verir:

“Aleksandr Duqin səmimi mövqeyi ilə seçilən rusiyalı ekspertlərdən biridir. Duqinin də bu sözləri etirafdır və bu etiraf Azərbaycan üçün müsbət məna daşıyır. Çünki Azərbaycan dəfələrlə deyirdi ki, Rusiya kimi dövlətin Ermənistanın xarici siyasətində alət kimi istifadə olunması yolverilməzdir. Bu hal da ilk növbədə Rusiyanın maraqlarına ziddir.

Duqinin bu etirafı onu göstərir ki, Rusiya siyasi elitasında və Rusiya siyasi ekspertlərinin aralarında artıq bu fikir geniş yer alır. Bu fikirlərin genişlənməsi də Azərbaycana qarşı Rusiyadan alət kimi istifadə edən Ermənistan üçün manelər yaradır. Həmçinin belə fikirlər Ermənistanı daha real mövqedən çıxış etməyə sövqe edir.

Hamıya məlumdur ki, Ermənistan Rusiyaya arxalanaraq Azərbaycana qarşı təzyiqlər etməyə çalışır. Amma bu hal getdikcə Rusiyanın maraqlarına zidd olur. Onu da qeyd edim ki, Ermənistan Rusiyaya arxalanaraq təkcə Azərbaycana qarşı təzyiqlər etmirlər. Onlar Rusiyaya arxalanaraq Türkiyəyə qarşı da təzyiqlər edirlər. Ermənistanın bu siyasəti də Rusiyanın uzun gələcəyinə hesablanan siyasətinə ziddir.

İlqar Vəlizadə: “Duqinin bu etirafı onu göstərir ki, Rusiya siyasi elitasında və Rusiya siyasi ekspertlərinin aralarında artıq bu fikir geniş yer alır”.

Qarabağ tənzimlənmələrinin perspektivlərinə gəlincə isə qeyd etmək lazımdır ki, bu problemin həll olunmasında Rusiyanın böyük rolu var. Rusiya da Qarabağ münaqişəsinə görə müəyyən təkliflərlə çıxış edir və hər iki tərəflə münasibətləri saxlamaqla öz maraqlarını ortaya qoyur. İndiki dövrdə Rusiyanın Cənubi Qafqazdakı balanslarından biri pozulsa və Rusiya 20 il öncəki kimi yenə Ermənistanın maraqlarından çıxış etsə, bu zaman Azərbaycanı itirə bilər. Rusiya və Duqin kimi ekspertlər bu gün bunu başa düşür və buna görə də bu siyasətin davam etməsinin yolverilməzliyini göstərirlər. Bu hal da Azərbaycanın xeyrinədir.

Ümumiyyətlə siyasi elitada, mətbuatda bu cür fikirlər nə qədər çox yer tutsa, bir o qədər də Rusiyanın mövqeyi Azərbaycana və regiona qarşı dəyişəcək. Bu da Qarabağ münaqişəsinin tənzimlənməsində bizə imkan verir ki, öz mövqeyimizi gücləndirə bilək”.

Əhəd Məmmədəli: “Rusiyanın Ermənistanın üstündən xətt çəkməsi üçün gərək Ermənistan Ukrayna Gürcüstan kimi konkret Qərbi seçsin”.

Duqinin Putinə təsirinin bizim mətbuatda şişirdiliyin qeyd edən politoloq Əhəd Məmmədliyə görə Duqin Rusiyanın xarici siyasətini bəlirləmir. Rusiyanın hələlik Ermənistandan daha çox Azərbaycana yaxınlaşması real görünmür:

“Təki elə olsun amma bu hələlik inandırıcı görünmür. Özüdə Duqinin Putinə təsiri bizim mətbuatda fikrimcə şişirdilib. Duqin Rusiyanın xarici siyasətini bəlirləmir. Rusiyanın hələlik Ermənistandan daha çox Azərbaycana yaxınlaşması real görünmür. Rusiyanın Ermənistanın üstündən xətt çəkməsi üçün gərək Ermənistan Ukrayna Gürcüstan kimi konkret Qərbi seçsin.

Bu Azərbaycan üçün yaxşı ssenari olardı. Amma ermənilər bicdilər bilirlər ki, buna indi getsələr ruslar onları ciddi cəzalandıracaqlar. Ona görə hələlik buna gedən deyillər. Lakin istənilən halda Ermənistan Rusiya arasında narazılıqlar var və bu narazılıqlar davam etsə təbii ki, Azərbaycana Rusiya tərəfindən daha diqqət ayrıla bilər, müsbət münasibətlər qurula bilər. Ermənistanda parlament seçkilərindən sonra bu qedişatı daha aydın görə biləcəyik”

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar