Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim, silah taciri, yazıçı, jurnalist, biznesmen - türk kökənli Qaşıqçı ailəsi  

Jurnalist Camal Qaşıqçının qətli Səudiyyə Ərəbistanı ilə bərabər bütün dünyanı da silkələyib

Lakin bu qətlin önəmini artıran sadəcə Camal Qaşıqçının jurnalist fəaliyyəti, Səud xanədanlığına müxalif mövqeyi, “The Washington Post” kimi dünyanın ən populyar qəzetlərindən birində çalşması deyil, həm də onun mənsub olduğu ailə ilə bağlıdır.

Qaşıqçı ailəsi Səudiyyənin ən nüfuzlu nəsillərindən biri olub. Onların kökləri və qol-budaqlarına Ərəb zadəgan dünyasının hər yerində rast gəlinir.

Hər şeydən əvvəl bu ailənin türk əsilli olduğunu qeyd etmək lazımdır. Hərçənd onların öz dilindən özlərinin yəhudi köklərə malik olduğu barədə məlumatlar da var. Türk tarixçi Murad Bardakçı Qaşıqçıların Kayserinin Germir kəndindən gəldiyini yazır.

Nəslin mətbuata adı bəlli ilk şəxsi Məhəmməd Xalid Qaşıqçı 1889-cu ildə anadan olub. Onu ailəsi Kayseridə yaşayırmış və mühtəsib (Artuklu türk dövlətində (1102-1409) vergi toplayanlar, Osmanlı dövründə şəhər bazarlarında dini adətlərin yerinə yetirilməsinə cavabdeh şəxslər) olaraq çalışırlarmış.

Məhəmməd Qaşıqçı qardaşı Abdullah ilə bərabər "İttihad və Tərəqqi" cəmiyəti tərəfidən Suriyaya yerləşdirilirlər. Orada Məhəmməd Qaşıqçı tibb fakultəsində təhsil alaraq cərrah olub. Daha sonra isə təhsilini davam etrimək üçün Parisə gedib.

Məhəmməd Qaşıqçı Səudiyyə Ərəbistanın ilk kralı Əbdüləziz Əl Səudun şəxsi həkimi olub.

Burada Samiha Əhmədlə evlənən Məhəmməd Qaşıqçının 6 övladı dünyaya gəlib. Bunlar Adnan Qaşıqçı, Samirə Qaşıqçı, Essam Qaşıqçı, Adil Qaşıqçı, Asya Qaşıqçı və Süheyr Qaşıqçıdır. Daha sonra o, Ettaf Dəftər adlı qadınla da evlənib və ondan Əhməd adlı övladı (Camal Qaşıqçının atası) doğulub.

Məhəmməd Qaşıqçının övladları arasında ən məşhur olanı milyarder, süilah tüccarı Adnan Qaşıqçı hesab olunur.

Adnan Qaşıqçı

Lap əvvəl Misirin İsgəndəriyyə şəhərində Viktoriya kollecində təhsil alan Adnan Qaşıqçı daha sonra ali təhsilini Amerikanın Kaliforniya, Ohayo və Stenford universitetlərində davam etdirib.

Hələ universtet illərində biznes fəaliyyətinə başlayan Adnan Qaşıqçı ərəb dünyasının nüfuzlu ailələri ilə, o cümlədən İordaniyanın gələcək kralı Hüseyn ibn Talalla qurduğu əlaqələr sayəsində böyük nailiyyətlər əldə edib.

Qaşıqçı daha sonra ticarət həyatındakı uğurlarını davam etdirərək ABŞSəudiyyə Ərəbistanı arasında infrastruktur layihələrinin həyata keçirilməsində böyük rol oynayır.

Keçən əsirn 60 və 70-ci illərində Adnan Qaşıqçı Qərbin məşhur şirkətlərinin Səudiyyə Ərəbistanına sərmayə qoymasına önəmli rol oynayır. Daha sonra Səudiyyə Ərəbistanı ona silah alınması ilə bağlı xüsusi səlahiyyətlər verir. 1970-75-ci illərdə ABŞ-ın “Lockheed” silah şirkəti və Qaşıqçı arasındakı ticarət anlaşmaları nəticəsidə sonuncu 106 milyon dollar pul qazanır. Daha öncələr hər satışdan 2,5% komissiya payını alan Adnan Qaşıqçı sonrada bu hissəsini 15%-ə qədər yüksəldir.

Bacarıqlı biznesmen kimi o, İsveçrədə və Lixtenşteyndə qurduğu şirkətlər vasitəsilə Mərkəzi Kəşfiyyat İdarəsinin önəmli fiqurları sayılan Ceyms Kritçfild, Kim Ruzvelt, həmçinin prezident Riçard Niksonun yaxın adamı biznesmen Bebe Rebozo ilə yaxın münasibətlər qurmağı bacarır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Həmin vaxt pulu çoxalan Adnan Qaşıqçı qızı Nəbilənin adını verdiyi yaxta satın alır. (Sonradan o “Nəbilə”ni 29 milyon dollara Bruney sultanına, o isə onu ABŞ-ın indiki prezidenti Donald Trampa satır).

"Nəbilə"

Qaşıqçının silah anlaşmalarını ABŞ-ın Lockheed Corporation (indiki Lockheed Martin Corporation), Raytheon, Grumman Aircraft Engineering Corporation and Northrop Corporationn kimi silah şirkətləri ilə apardığı bilinməkdədir.

Adnan Qaşıqçının adı ABŞ-ın İrana 1986-cı ildə silah satması ilə bağlı qalmaqallı “İran Kontras” işində hallanır. Həmin işdə Qaşıqçının iranlı silah taciri, İran-İsrail ikili agenti Manucöhr Qurbanifarla birlikdə hərəkət etdiyi məlum olub.

Adnan Qaşıqçı 1988-ci ildə Filippinin keçmiş diktatoru Fernando Markos və arvadı İmelda Markosla cinayət əlaqələrinə görə həbs olunur, lakin sonra azadlığa buraxılır.

1981-ci ildə Adnan Qaşqçı 4 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamı elan edilir.

Qaşıçının adı müxtəlif elmi araşdırmalarda, hətta kinofilmlərdə də hallanır. Hətta məşhur komediya aktyoru Kamal Sunalın “Orta dirək Şaban” adlı filmində belə türk əsilli ərəb iş adamından bəhs edilr. Sadəcə, personajın soyadında kiçik dəyişiklik edilərək Adnan Bıçaqçı deyə adlandırılır.

Qaşıqçılar ailəsindən Samirə Qaşıqçının ismi də diqqət cəlb edir. Samirə Qaşıqçı ərəb dünyasında tanınmış qadın yazıçılarından olub. 1967-ci ildə misirli iş adamı Məhəmməd Əl Fayedlə evlənən Samirənin bu evlilikdən bir oğlu dünyaya gəlir, adını Dodi qoyurlar. Bu həmin Dodi əl Fayeddir ki, şahzadə Diana ilə bilrikdə 1997-ci ilin avqustunda Parisdə şübhəli şəkildə avtoqəzda həlak olub.

Yəni Dodi əl Fayed Camal Qaşıqçının bibisi oğludur.

Camal Qaşıqçının digər bibisi Süheyr Qaşıqçı da ərəb yazarıdır. Onun "Miraj", "Nadianın şərqisi", "Mozaik" romanlarının müəllifidir.


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

Bunu Bakının tələbi ilə etməyəcəyik - Erməni nazir

Ən çox oxunanalar