Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Pentaqon başçısını dəyişmək planı: “Quduz köpəyi” kim əvəz edəcək?

Lara Seliqman

The Foreign Policy (ABŞ), 16.10.2018

Bir neçə ay boyunca Vaşinqtonda şayiələr dolaşır ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisdən narazıdır və onu qırğı baxışlarına daha çox uyğun gələn kimləsə əvəz etmək istəyir. Tramp oktyabrın 14-də “60 Minutes”-ə müsahibədə aydın eyham vurub ki, Tramp administrasiyasını tərk edəcək daha bir məmur istefadakı dəniz piyadası generalı və ABŞ Mərkəzi komandanlığının keçmiş başçısı ola bilər. Tramp müsahibə zamanı söz atıb ki, tezliklə “məsələlərinn durumunu dəyişdirə” bilər, qeyd edib ki, administrasiyasının bəzi üzvlərinin işindən narazıdır. ABŞ prezidenti bildirib: “Yolda, sadəcə, fenomenal adamlar var… amma narazı olduğum adamlar da var”.

Trampdan ayrıntıları tələb edəndə deməyə başlamayıb ki, Mettis ən yaxın vaxtlarda öz postunu tərk edə bilər, amma bunu inkar da etməyib. Tramp qeyd edib: “Düşünürəm ki, açığını desək, o, bir növ, demokratdır. O gedə bilər”.

Ceyms Mettis Pentaqonda prezident Donald Tramp və vitse-prezident Mayk Pensin sədrliyi altında 26-cı müdafiə naziri kimi and içib. ABŞ müdafiə nazirliyində Trampın bəyanatını hələlik şərh etməyiblər. Amma getdikcə daha aydın olur ki, Pentaqon başçısını önəmli siyasi qərarlar qəbulundan getdikcə daha çox uzaqlaşdırırlar. Bunda ABŞ milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və Trampın sevimlisi, dövlət katibi Mayk Pompeonun barmağı var.

Mettis bu həftə Vyetnama yollanır. Bu onun 2018-ci ildə Vyetnama artıq ikinci səfəridir. Vaşinqton ÇXR-in bölgədə çoxalan hərbi əminliyi fonunda Hanoyla əməkdaşlığı genişləndirməyə can atır. Trampın elektoral bazasının əsas seqmentləri içində Mettisin populyarlığı nəzərə alınsa, çox ehtimal ki, müdafiə nazirinə gözəl gediş təmin edəcəklər. Artıq Pentaqon başçısı postuna mümkün iddiaçılar haqda söz-söhbət gedir.

Məsələn, Tramp hələ 2016-da Arkanzs ştatından Senatın silahlı qüvvələr üzrə komitəsinin tərkibinə daxil olan hava gəmiləri üzrə yarımkomitəyə başçılıq edən 41 yaşlı senator Tom Kottonun namizədliyini mümkün müdafiə naziri kimi nəzərdən keçirib. Amma son nəticədə Mettisin üzərində durub. Kotton özünün qırğı baxışlarilə ad çıxarıb. O həm suda boğmağı təqlid edən işgəncələri, həm də İranda rejimin dəyişdirilməsini dəstəkləyir. Amma seçim Kottona düşsə, Respublikaçılar partiyası Senatda önəmli yerdən imtina etməli olacaq.

Tramp administrasiyasındakı qaynaqlardan birinə əsasən, ABŞ prezidenti habelə Vest-Poyntun (Amerikanın hərbi akademiyası-red.) məzunu, hərbi veteran və “Bridgewater Associates” kürəsəl yatırım şirkətinin baş direktoru Devid X. Makkormiki də gözaltı edib. Qaynaq qeyd edib – Makkormik prezidentin qızı İvanka Tramp və əri Cared Kuşnerin dolaşdığı sosial çevrələrdə dolaşır. O həmçinin Trampın keçmiş müşaviri, Nikki Heylinin gedişindən sonra ABŞ-ın BMT-dəki daimi təmsilçisi postunu tuta biləcək Dina Pauellin adaxlısıdır.

Birləşmiş Ştatların müdafiə naziri postuna başqa mümkün namizədlər istefadakı dördulduzlu Amerika generalı Cek Kin və Missuri ştatından keçmiş senator Cim Talentdir. 2016-da Talentin də namizədliyini nəzərdən keçiriblər.

Cənubi Karolinadan respublikaçı qırğı, senator Lindsi Qrem də müdafiə naziri postu uğrunda qovğaya qatıla bilər, amma hesab olunur ki, Ceff Seşnsin gedəcəyi halda Qrem ABŞ baş prokuroru postuna əsas namizəddir.

Tramp administrasiyasındakı başqa qaynaq bildirib ki, ABŞ Milli kəşfiyyatının direktoru Den Kouts da Pentaqon başçısı postuna mümkün namizədlər siyahısına daxildir.

Deyəsən, Mettis elə-belə təslim olmaq niyyətində deyil. Bu məsələ üzrə Mettisin baxış nöqtəsinə bələd bir neçə məmur bildirib ki, o, könüllü getmək niyyətində deyil. ABŞ-ın BƏƏ-dəki keçmiş səfiri Barbara Lif bildirib: “Adamlar məndən hey soruşurlar: “Mettis haçan getməyə hazırlaşır?” O, sonadək dayanacaq, doğrusu, o belə adamdır”.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Ən çox oxunanalar