Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diaspor rəhbəri Dövlət Komitəsinin sədri ilə görüşüb

Görüşdə Kanadadakı Azərbaycan icmasının problemləri və s. məsələlər müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsində olan Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri Esmira Əsədova Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Görüşdə Kanadadakı Azərbaycan icması, onların problemləri, diaspor təşkilatlarının fəaliyyəti geniş müzakirə edilib. Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, ölkəmizin daha yaxşı tanıdılması, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı gələcək planlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri Fuad Muradov qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı təşkilat rəhbərinə öz tövsiyələrini verib.

Esmira Əsədova hələ 1990-cı illərdə Kanadada Azərbaycan diasporunun formalaşması istiqamətində görülən işlərdən, məhz onun təşəbbüsü və aparıcılığı ilə həmin illərdə Kanadanın ingilis və fransız dilli televiziyasında Azərbaycan dilində proqramların yayımlanmasından söhbət açıb. Daha sonra soydaşımız Diaspor TV-yə müsahibə verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar