Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolqar jurnalistin qatili danışdı

"Mən Marinovanı zorlamamışam"

Bolqarıstanlı televiziya jurnalisti Viktoriya Marinovanın zorlanması və öldürülməsində şübhəli bilinən şəxs bir neçə günə Bolqarıstana təhvil veriləcək. Bunu Almaniya məhkəməsi oktyabrın 12-də bildirib.

Almaniyanın Tselle ali regional məhkəməsinin bəyanatına görə, 20 yaşlı şübhəli dindirilmə zamanı deyib ki, qurbanı öldürmək fikri olmayıb, onu zorladığını da boynuna almayıb. “Saxlanmış şəxs məhkəmədə deyib ki, 2018-ci il oktyabrın 6-da qurbanla şifahi mübahisəsi olub”, – bəyanatda deyilir.

Məhkəmənin bildirməsinə görə, şübhəli alkoqol və narkotik maddələrin təsiri altında olduğunu, Marinovanı sifətindən vurduğunu, onun yerə yıxıldığını etiraf edib. O deyib ki, jurnalisti yerdən götürərək kolluğa atıb və hadisə yerini tərk edib.

Almaniya hakimiyyəti oktyabrın 9-da Bolqarıstan hakimiyyətinin xahişilə saxlanmış şübhəlinin adını açıqlamayıb. Amma Bolqarıstan tərəf onun Ruze şəhər sakini Severin Krasimirov olduğunu deyirlər. Onun oktyabrın 21-dək təhvil verilməsi gözlənir.

Marinova Bolqarıstanın TVN televiziyasında “Detektor” adlı tok-şouya aparıcılıq edirdi. Müstəntiqlər jurnalistin qətli ilə peşəsi arasında bağlılıq görmədiyini bildirib. Hakimiyyət jurnalistin başına dəyən zərbələrdən və boğulmadan ödlüyünü bəyan edib. Onu həm də zorlayıblar.(Azadlıq radiosu)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar