Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 məhbus damarlarını doğradı - Rusiyada dəhşətli olay

İşgəncə qalmaqalı cəmiyyəti silkələdi

Rusiyalı insan haqları fəalı ölkənin pis ad çıxarmış Vladimir Mərkəzi həbsxanasında 20 məhbusun biləyini kəsdiyini, bunu işgəncə koloniyasına planlaşdırılan transferlərinə etiraz etdiyini bildirir.

Sankt Peterburqda mənzillənən Vətəndaş Hüquqları Komitəsinin rəhbəri Boris Panteleyev oktyabrın 12-də Facebook-da yazıb ki, məhbusların Moskvadan 200 kilometr şərqdə yerləşən Vladimir şəhərindəki 3 saylı islah əmək koloniyasına köçürülmələrinə etiraz etmək üçün başqa yolları qalmayıb.

“Keçmiş məhbusların və qohumlarının saysız bəyanatlarına əsasən həmin müəssisənin işgəncə koloniyası olduğunu söyləmək olar, məhbuslar burada döyülür, onlara işgəncə verilir, öldürülürlər (məsələn, məhbus Gor Avakimyan orada qətlə yetirilib), zorlanırlar”, – Panteleyev yazıb.

O, insan haqları təşkilatlarının Rusiya Federal Penitensiar Xidmətinə məktub yazaraq məhbusların durumu barədə əlavə informasiya istədirklərini qeyd edib. Təcridxana isə bu iddiaları təkzib edib. Vladimir regionunun ombudsmanı Lyudmila Romanova TASS agentliyinə deyib ki, durumu araşdırmaq üçün həbsxanaya baş çəkməyi planlaşdırır.

Bir neçə gün öncə Sibirin Omsk şəhərindəki həbsxanada məhbuslar qiyam qaldırmışdı. Onların qohumları və insan haqları müdafiəçiləri məhbusların nəzarətçilər tərəfindən döyülməyə etiraz etdiklərini bildirmişdi. İyuldan bəri Rusiya həbsxanalarında işgəncə məsələsi gündəmə gəlir. O zaman Yaroslavl regionunda 17 nəzarətçinin bir məhbusu döydüyünü göstərən video yayılmışdı.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Ən çox oxunanalar