Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Millətlər Liqası: Azərbaycan millisi Farer adaları yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək

 D liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağı olacaq. Paytaxt Torshavnda “Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan komandası UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə edib (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1), Kosovoda uduzub (0:2).

Farer adaları və Azərbaycanın əsas yığmaları indiyə qədər bir dəfə qarşılaşıblar. 27 fevral 1996-cı ildə Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında milli 3 cavabsız qola qalib gəlib. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Q.Qurbanov qoyub.

Q.Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi “Qarabağ” 2011/2012 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Streymur”u mübarizədən kənarlaşdırıb (0:0, 1:1).

Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar – 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.

Qeyd edək ki, turun digər oyunun Kosovo Maltanı qəbul edəcək. Bu görüş Farer adaları – Azərbaycan matçı ilə eyni vaxtda start götürəcək.

Millətlər Liqası

D Liqası, III qrup

III tur

22:45. Farer adaları - Azərbaycan

Baş hakim: Aleksey Yeskov

Yan xətt hakimləri: Dmitri Mosyakin, Anton Averyanov

Dördüncü hakim: Valeri Dançenko

Əlavə köməkçi hakimlər: Mixail Vilkov, Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)

Hakim-inspektor: Salustia Çato Çipres (Andorra)

UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)

Torshavn. “Torsvollur” stadionu (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar