Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan telekommunikasiya sahəsində asılılığı tam aradan qaldırıb” - Akif Əlizadə

Azərbaycan telekommunikasiya sahəsində asılılığı tam aradan qaldırıb

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə Beynəlxalq Məktəbin öz işinə başlaması münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, 10 il əvvəl Azərbaycan özünün peyklərini orbitə çıxarmaq fikrini elan edəndə çoxları buna skeptik yanaşırdılar: “Lakin 2010-cu ildə Azərbaycanın ilk peykini orbitə çıxarması bu niyyətin ötəri olmadığını göstərdi. Bu yaxınlarda 3-cü peykin orbitə buraxılması Azərbaycanın telekommunikasiya sahəsindəki imkanlarını daha da genişləndirir”.

A.Əlizadə əlavə edib ki, Azərbaycanın peyklərini idarəedən mütəxəssislərin böyük əksəriyyəti gənc azərbaycanlı kadrlardır.

Peykin yaratdığı imkanlar hesabına Azərbaycan alimlərinin elmi-tədqiqat obyektlərini genişləndirdiyini nəzərə çatdıran A.Əlizadə deyib ki, tədqiqatlar beynəlxalq elmi əməkdaşlığı daha da gücləndirəcək.(Trend)

pia.az

 


Etiket: Akif Əlizadə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar