Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə xüsusi iclas keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin, Azərbaycan parlamentarizminin yaranmasınının 100 illiyi ilə bağlı sentyabrın 21-də keçiriləcək xüsusi və təntənəli iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq ölkələrin adları məlum olub

Milli Məclisdən verilən məlumata görə, 40-dan artıq ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin qatılacağı xüsusi və təntənəli iclasda Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan parlament sədrləri səviyyəsində təmsil olunacaq.

Bildirilib ki, başqa bir neçə ölkə də var ki, onların sədr səviyyəsində tədbirə qatılması gözlənilir.

Qeyd olunub ki, xüsusi və təntənəli iclasa Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın parlament sədrlərinin müavinləri qatılacaq.

Bununla yanaşı, təntənəli iclasa ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri iştirak edəcək.

“Bu, çox mühüm və olduqca vacib tədbirdir. Tək Azərbaycan parlamentinin deyil, həm də Azərbaycan dövlətinin adı ilə bağlı olan bir məsələ və tarixi hadisədir.

Ona görə tədbirin çox yüksək və möhtəşəm səviyyədə baş tutması üçün hər bir addım atılır, hər şey yüz dəfə ölçülüb-biçilir, adi bir məqam, bir detal belə nəzərdən qaçırılmır”, - deyə MM-dən bildirilib.

pia.az


Etiket: Milli Məclis

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar