Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük rüsumlarının artırılması ölkə iqtisadiyyatına müsbət təsir edir?

Ekspert: “Gömrük rüsumlarının artırılmasının ölkə iqtisadiyyatına müsbət təsiri yoxdur”

“Əgər gömrük rüsumu 15% artırsa, qiymətlərdə təqribən 10-15%lik artım müşahidə olunacaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bəzi qida məhsullarında gömrük rüsumlarının artırılmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar Nazirlər Kabineti gömrük rüsumlarının artırılması ilə bağlı ardıcıl qərarlar verir. Son olaraq isə Nazirlər KabinetiAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb. Bəzi ekspertlərə görə bu qərardan sonra xaricdən gətirilən kartofun bahalaşacağı gözlənilir.

Bu qərarların Azərbaycan iqtisadiyyatına müsbət təsirləri varmı, yoxsa bu artımlar ancaq büdcənin doldurulmasına hesablanır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Xaricdən gətirilən məhsulların qiymətinin artımasıyla daxili istehsalçılar da qiymətlərin artırılması yolunu tuturlar. Çünki ortada bir rəqabətsizlik mühiti yaranır”.

Gömrük rüsumlarının artırılmasının qiymətlərin bahalaşmasına səbəb olacağını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərliyə görə, bu addım ölkə iqtisadiyyatının inkişafına mənfi təsir edir:

“Hesab edirəm ki, gömrük rüsumlarının artırılmasının ölkə iqtisadiyyatına müsbət təsiri yoxdur. Çünki bu addım daxili bazarın qorunması üçün nəzərdə tutulub. Amma burda eəqabət prinsipi unudulur. Bəzi sahələrdə artırılan gömrük rüsumları vasitəsilə daxili istehsalın tələbatını kifayət qədər ödəyəcəyinə dair məlumat yoxdur. Məsələn, kartofun gömrük rüsumları 15%-dən 30%-ə artırılıb. Lakin bugünə qədər kartofun istehsalı ilə bağlı tələbatı tam ödəyəcəyi ilə bağlı ciddi araşdırma aparılmayıb və məlumat yoxdur. Əgər daxili istehsal tələbatı ödəyərsə, o zaman gömrük rüsumlarının artırılması yolu ilə daxili istehsalçını qorumaq mümkündür.

Görünən odur ki, daxili istehsalın həcmi daxili tələbatı tam ödəmir. Bununla da gömrük rüsumlarının artırılması xaricdən gətirilən məhsulların qiymətinin artımına səbəb olacaq. Bununla yanaşı, daxili istehsalçılar da qiymətlərin artırılması yolunu tutacaqlar. Yəni, ortada bir rəqabətsizlik mühiti yaranır. Xaricdən gələn mallar müəyyən dərəcədə rəqabət mühiti yaradır və qiymətin aşağı olmasına şərait yaradır. İndi isə xaricdən gələn kartofun bahalaşması yerli istehsalçıları da qiymətə artırmağa vadar edir. Bu halda istehlakçı uduzacaq. Çünki seçim imkanları məhdudlaşır.

Natiq Cəfərli: “Xaricdən gələn mallar müəyyən dərəcədə rəqabət mühiti yaradır və qiymətin aşağı olmasına şərait yaradır”.

Azərbaycanın daxili bazarı kartofla təmin etməyə imkanı yoxdur. Hökümət əvvəlcədən ölkədə kartof istehlakının miqdarını açıqlamalı idi. Təəssüf ki, belə bir hesablama aparılmayıb. Biz məlum vəziyyəti iki il öncə toyuq və yumurta da gördük. Xaricdən gətirilən toyuq və yumurtanın rüsumları artırıldı və daxili istehsalı qorumaq üçün atıldığı elan olundu, lakin daxili istehsalda artım hiss olunmadı və qiymətlərdə də ucuzlaşma baş vermədi. Əksinə o qərardan sonra xaricdən gətirilən toyuq və yumutanın qiymətində artım olan kimi daxili istehsalçılar da qiyməti qaldırdılar. Əgər gömrük rüsumu 15% artırsa, qiymətlərdə təqribən 10-15%lik artım müşahidə olunacaq”.

Qeyd edək ki, dünən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib ki, Azərbaycana idxal edilən kartofun gömrük rüsumunun iki dəfə artırılması kartofun qiymətində artıma səbəb olmayacaq. Nazirliyin rəsmisi qeyd edib ki, Azərbaycan tələbatını daxili istehsalın hesabına ödəyə bilir. Kartofun gömrük rüsumunun iki dəfə artırılması fermerlərə dəstəkdir. Onlar öz məhsullarını rahat sata biləcəklər.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Ən çox oxunanalar