Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda zibil qutusundan balta ilə kəsilmiş “nakolkalı” əl tapılıb

Zibil qutusundan tapılan balta ilə kəsilmiş, tatuirovkalı əllə bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə sorğu göndərilib

Rusiya polisi mərhumun barmaq izlərindən onun şəxsiyyətinin müəyyənləşdirilməsində köməklik göstərməlidir. Bu barədə Sputnik.az-a Suraxanı rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, avqustun 23-də Bülbülə qəsəbəsində zibil qutusundan üzərinə nərd zəri tatuirovkası döyülmüş kişi əli tapılıb. Deyilənə görə, beş nöqtəni əks etdirən zər tatuirovkasını bir qayda olaraq təkadamlıq kamerada cəza çəkən məhkumlar döydürürlər.

Əl sahibinin şəxsiyyəti hələ də müəyyənləşdirilməyib. Mərhumun əvvəllər Rusiyada, Gürcüstanda və MDB məkanında mühakimə edilib-edilməməsi də sual altındadır.

Yeri gəlmişkən qeyd edək ki, ötən il sentyabrın 5-də Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlanmışdı. Mərhumun saçları, qaşları qırxılmış, kiprikləri yandırılmışdı.

İstintaqın gəldiyi nəticəyə görə, qatil bunu qurbanının aşkarlanmaması üçün edib. Bu üzdən də itkin düşmüş şəxslərin siyahısındakı məlumat bazasındakı yoxlamalar heç bir nəticə verməyib.

Mütəxəssislərin fikrincə, qətl şəhərdən kənarda, insan olmayan, xəlvət ərazidə baş verib. Hadisənin Suraxanı rayonunun Bilgəh qəsəbəsində həyata keçirilməsi istisna edilmir. Meyitin əzalarının bir hissəsinin qısa müddət ərzində aşkar edilməsi də buna göstərir. Qatil cəsədin qalıqlarlarını kollektora atmışdı. Qətlin üstü bu günə kimi də açılmayıb.

Araşdırmalar zamanı məlum olub ki, qətllər arasında heç bir bağlılıq yoxdur.

Həmin ərəfələrdə sələfi təriqətinin üzvü olan Günəşli qəsəbə sakini (istintaq tərəfindən adı açıqlanmır) itkin düşüb. İtkin düşən şəxs bizneslə, bahalı markalı mobil telefonların ticarəti ilə məşğul olub. Çoxlu sayda şəxslərin ona borcu olub. Güclü biznes əlaqələrinə sahib olan bu şəxs şəriki ilə birgə restoran da icarəyə götürüb işlədib, bir müddət Dağıstanda yaşayıb. Onun radikal dini qruplaşmaların tərkibində iştirakı da vurğulanır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Hövsanda kollektordan kişi meyitinin qalıqları aşkarlandıqdan sonra itkin düşmüş şəxsin yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin cəsədin qalıqlarından yaxınları onu tanıya bilməyiblər. Meyitin başı suda qaldığından şişmiş, saqqal, qaşlar və, kirpik qırxılmışdı. Bu günə qədər də DNT ekspertizanın rəyi məlum deyil.

Qohumlarından fərqli olaraq itkin düşmüş şəxsin tanışları öldürülən şəxslə onların arasında bəzi oxşarlıqlar olduğu qənaətindədirlər.

Yeri gəlmişkən bildirək ki, istintaq orqanı tərəfindən itkin düşənin restoran biznesi üzrə şəriki də dindirib. Dindirmədən sonra biznesmen müəmmalı şəkildə yoxa çıxıb. Onun birdən-birə Moskvaya daşınması isə şübhələri daha artırıb.

Bəzi versiyalara görə, İphone mobil telefonlarının biznesi ilə məşğul olan şəxsin pul borcuna görə öldürülməsi mümkündür. Ola bilsin ki, başqa səbəb də var.

Onu da qeyd edək ki, itkin düşəndən bir ay sonra qohumlarından birinə onun mobil telefonundan belə bir ismarıc gəlib: “Sağ-salamatam, mənim üçün narahat olmayın”. Bu, onun sonuncu SMS-I olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar