Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətləri

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq

Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Azərbaycan İnternet Forumunun Prezidenti, Elektron Xidmətlərin Təşvizi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz öz feysbuk hesabından maraqlı status paylaşıb:

“Düşünür ki, kifayət qədər əhəmiyyətli bir hadisədir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) də olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək. Bu isə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına xeyli müsbət təsir göstərəcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Eyni zamanda məlumdur ki hazırda, ümumiyyətlə elektron imza sahəsində ölkədə rəqabətli mühit yoxdur. Məhz bu baxımdan da, ASAN imzanın operatoru mobil operatorlarla separat sövdələşmə apararq ASAN imzanın aylıq abunə haqlarını bu aydan etibarən əsassız olaraq 150% qaldırlıb. Fikrimcə, vəsiqələrdəki elektron imza da bu sahədəki vəziyyətin dəyişməsinə müsbət təsir göstərəcək. Yeni şəxsiyyət vəsiqələri ilə bağlı Prezidentin 5 il öncə verdiyi Fərman var. Həmin Fərmanla təsdiqlənən Əsasnaməyə görə şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni Qaydalar müəyyən olunub. Maraqlıdır ki vəsiqələrin verilməsi ilə bağlı tarix bir neçə dəfə dəyişdirilib.


Osman Gündüz

Təxminən 9 dövlət qurumu yeni nəsil vəsiqələrin verilməsi prosesində iştirak edəcək. Təbii, bu prosesdə hər bir qurumun da öz səlahiyyətləri var. Güman ki, elə özəl maraqları olanlar da var. Məsələn, xatırlayıram ki, bu şəxsiyyət vəsiqələrində vətəndaşın elektron imzası ilə bağlı məsələni də DİN öz üzərinə götürmək istəyirdi. Lakin sonradan bu səlahiyyət Prezident Fərmanı ilə NRYTN- ə verildi. Artıq bütün hazırlıq proseslərinin başa çatdığı bildirilir. Vəsiqələr DİN-in şəxsiyyət vəsiqəsi verən yerli orqanları və ASAN Xidmət Mərkəzləri tərəfindən veriləcək”.

Yeni vəsiqələrlə bağlı yeni dövlət rüsumu müəyyən olunmayıb. Güman ki elə köhnə rüsum qüvvədə qalacaq. Köhnə rüsum isə belədir :

on gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat;

üç iş günü – 25 manat;

bir iş günü – 35 manat.

Bu rüsuma vətəndaşın elektron imzası ilə bağlı xərclər daxil olmayacaq.

Qaydalara görə vəsiqədəki elektron imza ilkin vəziyyətdə aktiv olmayacaq. Bunu vətəndaşlar öz arzusu ilə vəsiqəni alarkən və ya sonradan NRYTN sertikasiya mərkəzinə müraciət etməklə aktiv edə bilıəcəklər. İstəməyən də etməyəcək.

Bunun üçün vətəndaşın ödəməli olduğu vəsait də hələlik açıqlanmayıb. Qaydalara görə bu rüsumun 25 faizi NRYTN Sertifikat Xidmətləri Mərkəzinin hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Əgər gələcəkdə hansısa ölkələrlə şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması olarsa vətəndaşlar yalnız bu tip ölkələrə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər”. (24org.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar