Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə qızıl çıxarmaq üçün qazıntı aparan İran və Azərbaycan vətəndaşları saxlanılıb

Şəkidə qızıl çıxarmaq üçün yeri qazan İran və Azərbaycan vətəndaşları saxlanılıb

Bu barədə DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Sahil Abuşov, İran İslam Respublikasının vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt şəhər sakini Namiq Şahmalıyev Şəki rayonunun Daşüz kəndində “Səbətli” deyilən ərazidə qızıl-zinət və digər qiymətli əşyalar axtarmaq məqsədi ilə qanunsuz olaraq qazıntı işləri aparmaq qərarına gəliblər.

Asan olsun deyə, S.Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. M. Zeynalov da Novruz Mənəfovun vasitəçiliyi ilə Qax rayonu Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb, Daşüz kəndində “Səbətli” adlanan ərazidə traktora ehtiyac olduğunu bildirib. Daha sonra S.Abuşov həmin əraziyə gələn traktorun sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Elə qazıntı işləri gedərkən daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları həmin əraziyə gedib və onları elə iş başında yaxalayıblar. Etdikləri əməldən boyun qaçırmaq istəyən şəxslər polisə müqavimət göstərərək məsuliyyətdən yayınmağa cəhd ediblər. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ən çox oxunanalar