Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda evlərin qiyməti bahalaşacaq

"Bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faiz bahalaşa bilər"

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ümumilikdə paytaxtda daşınmaz əmlak bahalaşmaqdadır. Amma bu əsasən kommersiya mənzilləri, torpaq, fərdi və bağ evləri bazarları hesabına baş verir. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında torpağın qiyməti 3,32 faiz, kommersiya obyektləri 0,23 faiz, kommersiya obyektlərinin icarəsi isə 1,46 faiz bahalaşıb. İlin əvvəlindən ən çox artım fərdi və bağ evlərinin qiymətində qeydə alınıb – 13,27 faiz.

Azərbaycanda tikinti sektoru son iki-üç ildəki durğunluqdan sonra qismən bərpa olunmağa başlayır. 2018-ci ilin ilk yarısında ölkədə tikintinin ümumi həcmi 463,8 milyon dollar təşkil edib (il ərzində 17,6 faiz artım).

İlin əvvəlindən ümumilikdə 946,4 min kvadrat metr sahədə yaşayış evləri istifadəyə verilib ki, bu da 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 12,9 faiz çoxdur.

Qiymət artımına qismən ipotekaya mənzillərin alınması təsir göstərir. Mərkəzi Bankın məlumatlarına əsasən, bu ilin ilk 6 ayı ərzində Azərbaycan İpoteka və Kredit-Təminat Fondu xətti ilə 117,4 milyon manat ipoteka krediti verilib. Bu, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 52,5 faiz çoxdur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Ən çox oxunanalar