Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FIFA 2018-ci il dünya çempionatının ən yaxşı qoluna namizədləri açıqlayıb

FIFA 2018-ci il dünya çempionatının ən yaxşı qoluna namizədləri açıqlayıb


“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 17 futbolçunun 18 dəqiq zərbəsi yer alıb. Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışev səsverməyə 2 qolla qatılan yeganə oyunçudur. Onun Səudiyyə Ərəbistanı (5:0) və Xorvatiyaya (2:2, penalti – 3:4) vurduğu qollar ən yaxşı olmağa namizəddir.

Siyahıda həmçinin, rusiyalı Artyom Dzyuba (Misir, 3:1) portuqaliyalı Kriştianu Ronaldu (İspaniya, 3:3), ispaniyalı Naço (Portuqaliya, 3:3), braziliyalı Filippe Koutinyo (İsveçrə, 1:1), belçikalı Dris Mertens (Panama, 3:0), kolumbiyalı Xuan Kintero (Yaponiya, 1:2), xorvatiyalı Luka Modriç (Argentina, 3:0), nigeriyalı Ahmed Musa (İslandiya, 2:0), argentinalı Lionel Messi (Nigeriya, 2:1), almaniyalı Toni Kroos (İsveç, 2:1), ingiltərəli Cessi Linqard (Panama, 6:1), portuqaliyalı Rikardo Kuarejma (İran, 1:1), belçikalı Adnan Yanuzay (İngiltərə, 1:0), argentinalı Anxel Di Mariya (Fransa, 3:4), belçikalı Naser Şadli (Yaponiya, 3:2) və fransalı Benjamen Pavarın (Argentina, 4:3) qolları yer alıb.

Ən yaxşı qol iyulun 23-dək FIFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq səsverməyə əsasən müəyyənləşəcək (https://www.fifa.com/worldcup/videos/goal-of-the-tournament/).

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçirilib. Mundialın qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa olub. İngiltərəni 2 cavabsıq qolla üstələyən Belçika isə üçüncü yeri tutub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Ən çox oxunanalar