Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan QDİƏT-ə sədrliyi müddətində öz prioritetlərini İstanbulda təqdim edəcək


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi müddətində Azərbaycanın prioritetləri iyulun 12-i İstanbulda təqdim olunacaq


Bunu Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatda sədrliyi müddətində QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişafına, turizm, kənd təsərrüfatı, rabitə kimi sahələrdə əməkdaşlığa xüsusi diqqət ayıracaq:

“Məlumdur ki, Azərbaycan QDİƏT çərçivəsində tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə diqqət ayırır və Azərbaycanın digər ölkələrlə birgə təşəbbüs göstərdiyi və reallaşdırdığı transmilli iqtisadi layihələr zəngin təbii ehtiyatlardan, nəqliyyat imkanlarından və regionun intellektual potensialından istifadə etməyə imkan verəcək. Xüsusilə, təşkilatın üç üzv ölkəsi – Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə bir sıra transmilli layihələr həyata keçirilib, bəziləri isə reallaşdırılmaqdadır. Bunlar arasında Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələri göstərmək olar. Bütün bunlar onu göstərir ki, regionun dinamik inkişafı üçün bütün imkanlar var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar