Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2018: Bu gün II turun son 3 oyunu keçiriləcək


Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün II turun son 3 oyunu keçiriləcək


"Report"un məlumatına görə, əvvəlcə G qrupunda İngiltərə və Panama yığmaları arasında görüş olacaq. Bu qrupda II turun ilk matçında Belçika Tunisi 5:2 hesabı ilə yenərək, xallarını 6-ya çatdırıb. İngiltərə də görüşdən qələbə ilə ayrılsa, xallarını 6-ya çatdıracaq. Bu halda 1/8 finala Avropa təmsilçiləri yüksələcəklər.

Daha sonra nəzərlər H qrupuna yönələcək. Qrupda turun ilk matçında Yaponiya və Seneqal milliləri üz-üzə gələcək. Hər iki komanda birinci turda qələbə qazanıb. Yaponiya Kolumbiyanı, Seneqal Polşanı 2:1 hesabı ilə yenib. Günün son matçında Polşa ilə Kolumbiya heç-heçə etsələr, qaliblərin duelində üstün tərəf 1/8 finala yüksələcək.

DÇ-2018

24 iyun

II tur

G qrupu

16:00. İngiltərə - Panama

Hakimlər: Gehad Qrişa (Misir), Reduan Aşik (Mərakeş), Valid Ahmed (Sudan), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya)

Nijni Novqorod, "Nijni Novqorod" stadionu

H qrupu

19:00. Yaponiya - Seneqal

Hakimlər: Canluka Rokki, Elenito di Liberatore, Mauro Tonolini (hamısı İtaliya), Abdulrahman əl-Cassim, Taleb əl-Marri (hər ikisi Qətər)

Yekaterinburq, "Yekaterinburq Arena"

22:00. Polşa - Kolumbiya

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Ən çox oxunanalar