Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rza Zərrab şifrəsi


Rza Zərrab vardı ha, Türkiyədə yaşayan, ABŞ-da tutulan iranlı iş adamı, bax, dünən internet resurslarında onun bir şarkısına rast gəlmişəm. Türkün sözü, şarkının söz və müziyi Zərraba aiddir, şarkını isə məşhur “imparator” İbrahim Tatlısəs oxuyur, özü də oxumazdan öncə mahnının müəllifini belə təqdim edir: “Yaşı bir şey deyil, amma mükəmməl bir şəxsdir”


Fikir verdinizsə, ilk cümlədə Rza bəyi “iranlı iş adamı” kimi təqdim etdim. Belə lazımdır. Amma vaxt vardı, qəzetlərimizdə onun barəsində “Azərbaycan əsilli iş adamı” yazırdıq və açığı, qürur duyan fason olurduq. Hətta son aya qədər də eləydi. Ancaq türmədə yatdığı zaman onun adı zorlama (özü də 60 yaşlı kişiyə qarşı) olayında çəkildiyinə görə, hiss olunur ki, adamı “azərbaycanlılıq”dan silmişik.

Düzdür, bu  Dünya Azərbaycanlılarının Həmrəylik Günündə belə bir hərəkət yerinə düşmür, amma Rza bəy də gərək milli reputasiyamızı nəzərə alaydı, farağat duraydı.

Xüləs, mətləbdən yayınmayaq, söhbət iranlı iş adamının yazdığı şeirdən və ona bəstələdiyi bir mahnıdan gedir.

Hələ onu da deyim ki, bəzi mütəxəssislər 10 il öncə 22-23 yaşı olan gəncin belə bir mahnı yazmasını mümkün hesab etməyəcəklər. Adamın birdən-birə, o qədər gənc yaşda İrandan gəlib Türkiyədə sənət və biznes, eləcə də siyasət dünyasının “imparator”ları oturub-durması fenomenal hadisədir. Bircə Rzanın “futbol imparatoru” Fateh Terimlə işbirliyi içində olması qalıbmış. Deyilənə görə, vətən onu yetişdirib o yerlərə yollayıb, arada Allaha da ismarlayıb.

Bəs Rzanın yazmış olduğu şarkı niyə belə önəmlidir? Deyim. Bu, şeiri Nostradamus yazmış olsa, deyərdilər, baxın, görürsünüzmü, o, necə bir öncəgörənlik edir. (Bu da qəribə bir işdir: müsyo Mişel 500 ildir ölüb, hələ də onun adından proqnozlu katrenlər yayılır və belə görünür ki, dünya durduqca Nostradamus yeni-yeni katrenlər yazmaqda, proqnozlar verməkdə davam edəcək).

Rza Zərrabın sözü gedən, hələlik özü getməyən şeirində də zırıltı kodlar, şifrələr var. Baxın görün, iranlı iş adamı nə yazıb:

Nə günlər yaşadım… bitdi dediniz,

Oturub ağladım, yetdi dediniz.

Bən bunları hak etmədim, etdi dediniz,

Sizə söylənəcək sözüm yok artık.

Gerçəkdən də adamın yaşadığı xoş günlər Amerikada başa çatdığında hamımız elə bildik ki, “Rza əfsanəsi” bitdi, hətta elə bilirdik, o, bütün bunları haqq edib, amma göründüyü kimi, müəllif bununla razılaşmır, sadəcə, deməyə sözü yoxdur.

Şarkının davamına baxaq:

Dostum bildiklərimə dost olmamışım,

Srıtmdan vuran-vurana, ölməmişim.

Bilməm ki, bu dünyaya niyə gəlmişim.

Sizə söylənəcək sözüm yok artık.

Bunu da düz deyir, ağayi Zərrab dost bildiklərinə dost ola bilmədi, adamı sırtından pis vurdular, amma ölmədi, şahidlərin qorunması proqramına alındı.

Şarkının davamı belədir:

Məni doğduğuma peşman etdiniz,

Kəndimi kəndimə düşmən etdiniz.

Sərxoşdur dediniz, ayyaş dediniz.

Sizə söylənəcək sözüm yok artık.

Adam haqlıdır, Amerikada onu doğulduğuna peşman, özünü özünə düşmən elədilər, ittihamçılar isə onun yatdığı kameraya içki, narkotik, qadın gətirtdiyini iddia edirlər. Tam bir çələng. İttihamlar o qədər ciddidir ki, adamın söyləyəcək sözü də yoxdur artıq.

Bir Rza Zərrab əsərinin sonu belə bitir:

Nərdəyəm, nasılım, aldırmadınız,

Kaç kərə düşdüm, kaldırmadınız,

Bir gün bənim yerimə bən olmadınız,

Sizə söylənəcək sözüm yok  artıq.

Kimsəyə yaş tökəcək gözüm yok artık.

Bax, burası çətindir, Rza bəy. Hardasan, necəsən, hamı bilir, kaç kərə düşdüyündən də hamının xəbəri var, amma sənin yerində olmaq çətindir, axırdan-axıra elə iş görmüsən ki, “statya”sı da ağırdır.

İndi bu sətirləri oxuyan konspiroloqlar Rzanın başına gələcəkləri öncədən bildiyini, hələ 10 il öncədən öz iş ortaqlarına mesaj verdiyini deyəndə, əlbəttə, haqlı olacaqlar.

Gerçəkdən də onun  şarkısında səslənən “Kimsəyə yaş tökəcək gözüm yok artık” misrasının başqa yozumu yoxdur. Şahid Rza Zərrab artıq heç kəsə acımır, kimsə üçün göz yaşı tökmür, necə lazımdır, üzə durur.

P.S. Məllifin digər əsərləri də araşdırılır. Ola bilər, başqa mahnılarda 60 yaşlı kamera yoldaşına dair də kodlar var.(musavat.com)

 Samir SARI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar