Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Game of Thrones”da Azərbaycan tarixindən hadisə götürülüb


Dünyanın ən reytinqli serialı “Game of Thrones”-un yeddinci mövsümünün epizodlarından biri Azərbaycanda 1920-ci ildə baş verən hadisə əsasında ekranlaşdırılıb


AzVision.az xəbər verir ki, bunu “İndepented” nəşrinə müsahibəsində serial üçün geyimlər hazırlayan britaniyalı dizayner Mişel Klepton bildirib. 

Söhbət Deyeneris Targaryanın dotrakilərin dəstəyi ilə Lannistrlərin qoşunlarını məhv etdiyi yeddinci mövsümün beşinci seriyasından gedir. 

“Bu, döyüş meydanında dotrakilərin Lannisterləri məğlub etdiyi vaxt baş verir. Onlar ilk dəfə məğlub olan düşmənlərin paltarlarını çıxardırlar. Azərbaycanda yaşanan rus işğalı zamanı döyüş iştirakçılarının düşmən üzərindən yaxşı paltoları götürməsi ideyası mənim çox xoşuma gəldi. Müharibənin sonlarında bolşevikləri demokratlardan ayırmaq olduqca çətin idi. Çünki onlar bir-birilərinin geyimlərini oğurlayırdılar. Bu ideya xoşuma gəldi. Dotrakilər onların palto və zirehlərini götürürdülər. Düzdür, zireh onlara elə də lazım deyildi, amma palto onları istidə saxlayırdı. Mən onların lazımlı şeylər götürməsini tamaşaçılara göstərmək istədim. Sizin əlinizdə iki fərqli şey var. Mən xətlərin birləşməsini gözləmək istədim. Müharibədə biz hamımız eyniyik”.

Qeyd edək ki, “Game of Thrones”-un geyimlər üzrə rəssamı Mişel Klepton “Əli və Nino” filmi üçün obrazlar yaradıb. Görünür, XX əsrin əvvəllərində baş verən hadisələr haqqında məlumatı da o zaman filmin kostyumları üzərində çalışarkən öyrənib.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar