Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən şalvarsız aksiya keçirənlərə xəbərdarlıq


Daxili İşlər Nazirliyi sabah metroda “Metroda şalvarsız bir gün” aksiyası keçirmək istəyənlərə ciddi xəbərdarlıq edib


Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, belə bir flaşmob keçiriləcəyi təqdirdə, bu xuliqanlıq əməli hesab olunacaq: “Bu yaramaz tədbiri təşkil edənlər məsuliyyətə cəlb olunacaqlar. Çünki onlar belə hərəkətlərlə ictimai qaydanı kobud şəkildə pozmaqla yanaşı həm də cəmiyyətə açıqca hörmətsizlik etmiş olacaqlar ki, bu da sırf xuliqanlıqdır. Qanunun keşiyində duran polis elə qanuna müvafiq olaraq da belə hərəkətləri təşkil edənlərin, rəvac verənlərin məsuliyyətə cəlb olunmalarını birmənalı olaraq təmin edəcək.

Digər tərəfdən, cəmiyyətimiz üçün yad olan belə bir flaşmobun keçirilməsi xalqımızın adət-ənənəsinə, mentalitetinə və mənəviyyatına uyğun olmayan bir hərəkətdir. Ona görə də əminəm ki, ictimai asayişin və qanunlarımızın keşiyində duran polislə yanaşı, vətəndaşlarımız da belə hərəkətlərə qarşı öz  etirazını və iradını bildirəcəklər”.

Qeyd edək ki, martın 1-də Bakının mərkəzi metro stansiyaları “28 May” “Gənclik” və “Sahil” metro stansiyasında bir qrup gəncin milli mentalitetə, mənəvi dəyərlərə zidd bir flaşmob keçirmək istəməsi ilə bağlı sosial şəbəkələrdə və elektron mediada məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, gənclər sözügedən metro stansiyalarında “Metroda şalvarsız bir gün” aksiyasını keçirəcəklər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar