Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədov ticarət mərkəzini dövr etdi – 90 faiz endirim


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ona məxsus ticarət mərkəzini satıb


Azevronyus.com xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib.

Ticarət mərkəzində çalışanların verdiyi məlumata görə, keçən həftə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır. Ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər: “Anar Məmmədovun özünü görmədik, amma nümayəndəsi Fəxrəddin müəllim ofisdə idi. Onlar mağazaları gəzib bəzi məlumatları yazdılar. Burda qonşuluqda bəzi mağazalar var ki, onlar neçə aydır icarə haqqını verə bilmir. Onlara deyiblər ki, narahat olmayın, bütün mağazaların borcları sıfırlanacaq. Açığı buna çox sevindik”.

Məlumatı verən satıcı deyir ki, “Baku Outlet Park” ticarət mərkəzində alver çoxdan ölüb: “Yerpulunun baha olması istər-istəməz mallara da təsirini göstərirdi. Ümidimiz buranın yeni sahibinədir. Buradan yüzlərlə insan evinə çörək aparır. Biz nə istəyirik? Əl-ələ verib dolanaq”.

Qeyd edək ki, Bakı avtovağzal kompleksindəki “Outlet Park” 2011-ci ildə fəaliyyətə başlayıb.

Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən “Zara”, “H&M”, “Pull&bear”, “Bershka”, “Stradivarius”, “Adidas”, “Nike”, “Reebok”, “Puma” və s. markaların geyim və ayaqqabıları il boyu böyük endirimlə müştərilərə təqdim olunur.

Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan “Outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə etmək olur.

Onu da qeyd edək ki, ötən ilin ortalarınadək Beynəlxalq Avtovağzal Kompleskinə nəzarət bütövlükdə Məmmədovlar ailəsini nəzarətində olub. Və Məmmədovlar burdan  il ərzində milyonlarla manat gəlir götürüblər.

Ancaq ötən ilin oktyabrında Ticarət Mərkəzinin Mənmmədovlardan alınaraq, başqa birinə dövr edildiyi bildirilir. Bu haqda saytımızda məlumat verdiyimizdən təkrarlamaq istəmirik.

Anar Məmmədovun burda  yerləşən “Baku Outlet Park” ticarət mərkəzini başqasına dövr etməsi də,  sabiq nazirin ailəsinin Azərbaycandakı bütün biznesinin əlindən alındığından xəbər verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ağstafada məktəbdə özbaşınalıq: Direktor məktəbi diskotekaya çevirib

Ən çox oxunanalar