Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində həyətyani sahəsi 1 ha olan, 650 nəfər sakinin yaşadığı H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq ilk çərşənbə günündə - Su çərşənbəsində həyət sakinlərin istifadəsinə verilib.
Həyət milli-mənəvi dəyərlərimizi özündə əks etdirən ornamentlərlə bəzədilmiş və tonqal qalanmışdır. Məhəllədəki uşaqlar tonqal ətrafında şənlənmişlər. Bayram süfrəsi arxasında səmimi söhbət edən məhəllə sakinləri bir-birilərini Su çərşənbəsi günü və həyətlərində aparılan abadlıq işlərinin başa çatması münasibətilə təbrik etmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Hazırlanmış layihəyə uyğun olaraq H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb. H.Seyidzadə küçəsi 17 saylı binanın fasadı əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi dəyişdirilib.
Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 1400 kv.m asfalt örtüyü, 1000 kv.m-dən artıq qazon, 500 kv.m-ə yaxın tamet daşı vurulub, 350 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 2 ədəd yeni zibil qutusu qoyulub, 100 p.m. istinad divarı bərpa olunub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətinə söhbətgahlar və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 100 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 200 ədəd dekorativ çiçəklər əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.

Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay