Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib

Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib...

Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq bildirdi ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları Heydər Əliyevin adı ilə bağlıdır. Xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır.

Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı.
Ümumilli Lider Heydər Əliyevin müxtəlif din və mədəniyyətlərə tolerant münasibəti, onun həyat və fəaliyyətində həmişə özünü büruzə vermişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin geniş fəaliyyəti nəticəsində respublikada din və etiqad azadlığı tam təmin edilmiş, milli mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər şərait yaradılmışdır. Multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyev Azərbaycan ərazisində yaşayan milli azlıqların etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü. Tarixən Azərbaycanda İslam dini ilə yanaşı xristianlıq, yəhudilik dinlərinə mənsub olan insanlar həmişə əmin-amanlıq şəraitində yaşamış və bir-birinin dini əqidəsinə ehtiramla yanaşmışlar. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda bütün xalqların və dini konfessiyaların sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün lazımi şərait yaratmışdır. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə nümunədir. Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyəti Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində mütərəqqi addımlar atılır. Bu gün ölkəmizdə multikulturalizm həm də dövlət siyasəti kimi həyata keçirilir.
Tolerantlıq ənənələrinin dünyada təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən xeyirxah əməlləri ilə əsl islami dəyərləri təlqin edən bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır. Ölkəmizin inkişafında, eləcə də Vətən müharibəsi dönəmində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müstəsna rolu danılmazdır.

Sonra tədbirdə çıxış edən Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, yazıçı Kamal Abdulla və Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyd etdilər ki, Azərbaycanda dövlətin multikultural ənənələrinin qorunmasında ən vacib məqam milli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Konstitusiyada əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Konstitusiyanın bir sıra maddələrində təsbit edilib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Azərbaycan multikultural ənənələrinin qorunub saxlanılması, təbliği ilə bağlı Heydər Əliyev Fondu əhəmiyyətli layihələr həyata keçirir.
Daha sonra ideya müəllifi Əziz Zeynalov, layihə rəhbəri İsmayıl Yaşaroğlu, rejissoru Elnur Abbasov və ssenari müəllifi Telli Əzizova olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş “Birlik” filmi tamaşaçılara təqdim olundu və yaradıcı heyətə rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən hədiyyələr təqdim olundu.

Tədbir Respublikanın xalq artisti Ağadadaş Ağayevin ifasında mahnılarla başa çatdı.

Fotolar

Poliqon.info

 


Etiket: Nəsimi rayonu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar