Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanov rayonunda “Şuşasız 25 il” adlı tədbir keçirilib - Fotolar


Nərimanov rayonunda “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı tədbir keçirilib


Mayın 2-də Bakı Modern Təhsil Kompleksində Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Rayon Gənclər və İdman İdarəsinin, “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin və Bakı Modern Təhsil Kompleksinin birgə təşkil etdiyi “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Modern Təhsil Kompleksin baş direktoru, fizika üzrə fəlsəfə doktoru Mina Əliyeva, şair publisist, “Qarabağ tarixi” kitabın müəllifi Əyyub Şirlanlı, Şuşa Şəhər Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Bakı Modern Təhsil Kompleksin müəllim heyəti və şagirdləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Modern Təhsil Kompleksin baş direktoru, fizika üzrə fəlsəfə doktoru Mina Əliyeva, şair publisist, “Qarabağ tarixi” kitabın müəllifi Əyyub Şirlanlı, Şuşa Şəhər Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov qeyd etdilər ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. 

Natiqlər qeyd etdilər ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. 

Sonra “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış “Şuşaya virtual səyahət” adlı videofilm nümayiş olundu.

Sonda Bakı Modern Təhsil Kompleksinin şagirdləri arasında keçirilmiş “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı rəsm müsabiqəsinin qalibləri fəxri fərmanlarla təltif olundular.


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar