Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft Fondu biznes mərkəzini satışa çıxardı – 112 milyon avroya

Azərbaycan Dövlət Neft Fondu İtaliyanın Milan şəhərində sahibi olduğu “Palazzo Turati İnvesco” biznes mərkəzini satmaq üçün danışıqlar aparır

Bu haqda “Bloomberg” nəşrinin məqaləsində deyilir. Nəşr bildirir ki, Azərbaycan Dövlət Neft Fondu, “Blackstone Group Inc.” və “UBS Group AG” Milanda ofislərə tələbatın gtdikcə artmasından və icarə qiymətlərinin kəllə-çarxa çıxmasından faydalanmaq istəyirlər.

Belə ki, İtaliyanın maliyyə paytaxtında yeni biznes mərkəzlərinin tikilməməsi icarə haqlarının artmasına gətirib çıxarır, çünki Qərbi Avropanın bir çox şəhərlərində elit daşınmaz əmlakın qıtlığı qlobal investorları yeni bazarlara çıxmağa sövq edir.

Daşınmaz əmlak bazarında baş verənlər haqda məlumatlı olan mənbə deyib ki, milyarder Rovati ailəsi, “Amundi SA” və “İnvesco Real Estate” Milanda ofis binalarının alınması üçün sövdələşmələr əldə edirlər.

İtaliyanın daşınmaz əmlak bazarı qlobal maliyə böhranından sonra uzun müddət çöküş yaşayırdı, çünki banklar daşınmaz əmlak kreditləri verməyi azaltmışdı. Nəticədə investorlar iqtisadi artımın daha sürətli olduğu Avropa şəhərlərinə üz tuturdular. Bu da Paris, Berlin, Frankfurt kimi şəhərlərdə qiymətlərin kəskin artmasına səbəb olmuşdu, Milanda isə əksinə, qiymətlər ucuzlaşırdı. İndi isə vəziyyət dəyişir.

“Blommberg”in bildirdiyinə görə hazırda Milanın daşınmaz əmlak bazarında aşağıdakı iri sövdələşmələrlə bağlı danışıqlar gedir.

Azərbaycan Dövlət Neeft Fondu “Palazzo Turati İnvesco” biznes mərkəzini 112 milyon avroya, yaxud 126 milyon dollara satmağa yaxındır.

“Amundi” qrupu Qustav Fara küçəsində UBS bankının mülkiyyətində olan ofis binasını 50 milyon dollara almaq üçün danışıqlar aparır. Milarder Rovati ailəsi isə “Piazza Cavour” biznes mərkəzini təxminən 170 milyon avroya alır.

Azərbaycan Dövlət Neft Fondunun nümayəndəsi “Bloomberg”ə məsələ ilə bağlı şərh verməyib. Qeyd edək ki, Milanın tarixi biznes mərkəzində yerləşən həmin binanı Fond 2016-cı ildə 96 milyon avroya almışdı. Binanın birinci mərkəzində sərgi salonu, qalan 6 mərtəbəsində isə ofislər yerləşir. Ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. Bina 1880-ci ildə tikilib və Milanın tarixi irsinin bir parçası sayılır. Fond binanı alanda o yeni təmir edilmişdi.

Beləliklə, Fond təkcə binanın satışından 16 milyon avro qazana bilər. 3 ildə fondun binadan nə qədər icarə gəliri əldə etdiyi haqda məlumat yoxdur. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Ən çox oxunanalar