Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metrə çatıb - Faktiki hava

Oktyabrın 20-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək...

Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, oktyabrın 19-na olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı: Qəbələdə 41.0 mm, Oğuzda 40.0 mm, Şəkidə 36.0 mm, Zaqatalada 23.0 mm, İsmayıllıda 21.0 mm, Qaxda 17.0 mm, Balakəndə 15.0 mm, Astarada 14.0 mm, Quba, Qusar, Mingəçevirdə 8.0 mm, Şahdağ, Yardımlı, Yevlax, Kürdəmir, Lerik, Şamaxı, Altıağac, Xaltan, Qrız, Şabran, Göygöl, Qobustan, Tərtər, Gəncə, Naxçıvan, Ağdərə. Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Cəfərxan, Biləsuvar, Lənkəran, Göytəpədə 6.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 6.0 mm, Sumqayıtda 2.0 mm, Maştağa, Binədə 1.0 mm-dək olub.

Qar: Şahdağ, Oğuz, Qəbələ, Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Sel: oktyabrın 18-i saat 14:00-da yağan leysan yağışlar nəticəsində Əyriçay Baş Daşağıl (Oğuz) məntəqəsidən sel keçib.

Külək: Şimal-qərb küləyi Neftçalada 20 m/s, Şirvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Oktyabrın 20-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar