Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirdən işçilərinə tələb: Bahalı maşınlarınızı satın…

Xalqa “DOST” olmağa çalışan Sahil Babayev öz işçilərinə bahalı maşınlarını satmağı əmr edib…

2018-ci ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyinat aldıqdan sonra böyük ümidlər doğuran, lakin ümidləri doğrulda bilməyən Sahil Babayevin işçilərindən yeni tələbi Nazirlikdə heç də bir mənalı qarşılanmayıb.

PİA.az-a daxil olan məlumata görə Sahil Babyev Nazirliyin işçilərindən işə bahalı maşınla gəlməmələrini tələb edib. Hətta nazirin işçilərdən öz adlarına olan maşınları satmağı, ya da başqa bir şəxsin adına keçirməyi tələb etdiyi də iddia olunur.

Təyinat aldıqdan sonra pafoslu çıxışları korrupsiyaya qarşı mübarizə aparacağını bildirən Sahil Babayev bir neçə məmuru tutduğu vəzifədən azad etsə də Əmək və Sosial Müdafiə Nazirliyi əhalinin ən çox narazı qaldığı nazirliklərdən biri, bəlkə də birincisidir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin və şəxsən nazir Sahil Babayevin fəaliyyətinin davamlı olaraq mətbuatda tənqid olunması da narazılığın yüksək səviyyədə olmasının göstəricisidir.

Mənbə PİA.az-a bildirib ki, Naazirliyin qarşısında bahalı maşınların diqqət çəkməsindən narahat olan Sahil Babayev işçilərindən ya piyada, ya da ucuz və köhnə maşınlarda işə gəlməyi tələb edib. Şəxsi maşınlarını satdırmaq tələbi isə bəzilərinin heç də xoşuna gəlməyib. Onlar nazirin bu tələbini narazılıqla qarşılayıblar. Mənbə bildirib ki, buna baxmayaraq Sahil Babayevin oxlarına tuş gəlməmək üçün öz şəxsi maşınlarını satanlar da az deyil.

Lakin gördüyümüz kimi Sahil Babayevin bütün bu cəhdlərinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı mətbuatda tez-tez rüşvət iddiaları ilə hallanır. Hakimiyyət isə Sahil Babayevə hələ ki, etimad göstərir. May ayında ilk inzibati binasının açılışı olan Dayanıqlı və Operativ Sosial Təminat agentliyi ilə xalqın da “DOST”-u olmağa çalışan Sahil Babayevin bu addımlarının ictimaiyyətdə necə qarşılanacağı isə hələ sual doğurur...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar