Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirdən BMT Baş katibinə: Ayıb olsun!..

İsrail xarici işlər naziri BMT Baş katibinin “uşaq qəbiristanlığı” ilə bağlı sözlərinə cavab verib...

İsrailin xarici işlər naziri Eli Koen BMT-nin Baş katibi Antonio Quterreşi Qəzza zolağında “uşaq qəbiristanlığı” ilə bağlı söylədiyi sözlərə görə sərt tənqid edib və Fələstinin Həmas hərəkatının girovluğunda saxlanılan israilli uşaqları xatırladıb.

Poliqon xəvbər verir ki, Eli Koen bu barədə siyasətçi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Xatırladaq ki, noyabrın 6-da BMT-nin Baş katibi növbəti dəfə İsrail və HƏMAS-ı atəşkəsə çağırıb. Baş katib oktyabrın 7-dən bəri Qəzza zolağında on mindən çox insanın öldüyünü, onlardan 4100-nün uşaq olduğunu qeyd edib.

Quterreş jurnalistlərə bildirib ki, Qəzza “uşaqların məzarlığına” çevrilir. BMT rəhbəri hər gün yüzlərlə qız və oğlanın öldürüldüyünü və yaralandığını vurğulayıb.

Həmçinin Quterreş qeyd edib ki, Qəzzadakı müharibənin dörd həftəlik dövründə son üç onillikdə baş verən hər hansı digər münaqişədən daha çox jurnalist və BMT əməkdaşı öldürülüb.

“Ayıb olsun, Antonio Quterreş! 30-dan çox azyaşlı, o cümlədən doqquz aylıq körpə, həmçinin valideynlərinin soyuqqanlılıqla qətlə yetirildiyinin şahidi olmuş körpələr və yeniyetmələr Qəzza zolağında onların iradəsinə zidd olaraq saxlanılır”, deyə İsrailin xarici işlər naziri Eli Koen BMT-nin Baş katibinə cavab olaraq yazıb.

Nazir Qəzzanın problemini HƏMAS olduğunu bildirib və qeyd edib ki, Qazzada baş verənlərə görə İsrail deyil, HƏMAS məsuliyyət daşıyır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar