Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "Ötən il 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib"

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib

Pia.az "Report"-a istinadən xəbər verir ki, bunu daxili işlər naziri Ramil Usubov nazir 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ümumi çəkisi 138 tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib.

O qeyd edib ki, 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib: "Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işinin istintaqı aparılıb ki, onlardan 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2017-ci illə müqayisədə 2 faiz yaxşılaşaraq 86,8 faiz təşkil edib".

R.Usubov bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 1,3 faiz artaraq 3.409.698 inzibati xəta təşkil edib: "Ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3.442.148 protokol tərtib edilib".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ən çox oxunanalar